Ortodontiya kafedrasının əməkdaşları «OrthoTalk-2» Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyətinin (APOC) iclasında iştirak ediblər

18.03.2025

16 mart 2025-ci il tarixində Bakıda «OrthoTalk-2» Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyətinin (APOC) növbəti iclası keçirilmişdir.
İclasda APOC-un prezidenti, Ə.Əliyev adına ADHTİ-nin ortodontiya kafedrasının müdiri t.e.d. Z.V.Qasımova və APOC-un vitse-prezidenti İ.R.Süleymanov çıxış edərək sertifikat imtahanlarının keçirilməsi ilə bağlı keçid dövrünün aktual problemlərini, ortodontik müalicə mərhələlərində sənədləşdirmə məsələlərini iştirakçıların nəzərinə çatdırdılar. Bundan əlavə, Rusiya, Belarus və Türkiyənin ortodontik müalicə protokollarını əsas götürərək Azərbaycan Respublikası üçün eyni protokolların hazırlanmasının və təsdiq edilməsinin zəruriliyi barədə danışdılar.
Tədbirdə Ə.Əliyev adına ADHTİ-nin ortodontiya kafedrasının rezidentləri Əbdürəhmanova Nərmin, Seyfullayeva Sura, İsmayıllı Nərmin, Golshani Reza, Xəlilli Səma, Mohammadianfard Mahin ortodontiyanın aktual problemlərinə həsr olunmuş elmi-praktiki məruzələrlə çıxış etdilər.Bu məruzələr «ORTHO-1» ortodontik klinikasının bazasında ortodontiya kafedrasının 11000-dən çox olan materiallarından istifadə etməklə hazırlanmışdı. Ə.Əliyev adına ADHTİ-nin ortodontiya kafedrasının rezidentləri müxtəlif diş-çənə anomaliyalarının yayılmasının statistik analizlərini aparıb, praktiki həkimlərə kafedrada hazırlanmış alqoritmlər əsasında kəsici və köpək dişlərinin retensiyası olan pasiyentlərin ortodontik müalicəsinin çətinliklərini müəyyən etmək üsullarını göstərib, həmçinin ortodontik pasiyentlərin müalicəsinin bütün mərhələlərini müzakirə etməklə aparılan müalicənin nəticələrini nümayiş etdirdilər.
APOC-un üzvləriolan praktiki həkimlər müzakirələrdə fəal iştirak edib, sertifikat imtahanının keçirilməsi və ortodont sertifikatının alınması ilə əlaqədar mövcud vəziyyətlə bağlı fikirlərini bildirdilər. Ə.Əliyev adına ADHTİ və ATU-da ortodontiya kafedraları yarandıqdan sonra yalnız 3 illik rezidenturanı bitirmiş həkimlər ortodont həkim kimi işləyə və hər 5 ildən bir ortodontiya ixtisası üzrə sertifikasiya imtahanlarını verə biləcəklər. Ona görə də 2022-ci ilə qədər institutu bitirən və APOC-un üzvü olan praktiki həkimlər ortodontiya üzrə sertifikatlaşdırmaya şərait yaratmaq üçün müvafiq orqanlara kollektiv müraciət məktubu tərtib etmək qərarına gəldilər.
«OrthoTalk» kimi tədbirlərin mütəmadi olaraq keçirilməsi və praktiki həkimlərin Ə.Əliyev adına ADHTİ-nin ortodontiya kafedrasında ixtisasartırma üzrə modul kurslarına qatılması onların təcrübə və bilik səviyyəsini artırır. Nəticədə bütün dünyada qəbul olunduğu kimi Azərbaycanda da diş-çənə anomaliyaları olan pasiyentlərə ortodontiya üzrə rezidentura təhsilini tamamlamış və sertifikasiya imtahanından keçmiş ixtisaslı ortodontların yüksək səviyyədə xidmət göstərməsinə şərait yaradılır.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX