Azərbaycan İdman Akademiyası və Ə.Əliyev adına ADHTİ arasında Əməkdaşlıq Haqqında Memorandum imzalandı

25.11.2025

25 noyabr 2025-ci il tarixində Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutun rektoru professor Nazim Pənahovun başçılığı ilə nümayəndə heyəti Azərbaycan İdman Akademiyasında rəsmi görüş keçirib. Görüş zamanı akademiyanın rektoru Fuad Hacıyev ali təhsil ocağı ilə tanışlıq ekskursiyası çərçivəsində qurumun tarixi və nailiyyətləri barədə ətraflı məlumat vermiş, akademiyanın nəzdindəki İdman Tibbi Tədqiqatlar Laboratoriyasının son illərdəki uğurlu fəaliyyətindən, bu sahədə geniş təcrübələrindən bəhs edib. Sonra akademiyanın böyük akt zalında Azərbaycan İdman Akademiyasının missiyasından bəhs edilən film nümayiş etdirilib.
Hər iki ali təhsil müəssisələrinin nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilən görüşdə AİA-nın rektoru Fuad Hacıyev tərəfindən qarşılıqlı əməkdaşlıq və birgə həyata keçirilə biləcək proqramlar müzakirə edilib. Səhiyyə Nazirliyi Ə.Əliyev ad. ADHTİ-nin rektoru professor Nazim Pənahov rəhbərlik etdiyi qurumun təcrübə və imkanlarını qeyd edərək qarşılıqlı əməkdaşlığın hər iki təhsil ocağı üçün faydalı olacağını bildirib. Yekunda Azərbaycan İdman Akademiyası və Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX