“Uşaq Hüquqları Aylığı” çərçivəsində seminarlar keçirildi
24.11.2025
2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi elan olunması uşaqların hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Uşaq hüquqlarının qorunması və təşviqi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin əsas istiqamətlərindən biridir və bu sahədə ardıcıl tədbirlər həyata keçirilir.
Ənənəvi olaraq Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində Ombudsman tərəfindən hər il 20 oktyabr - 20 noyabr tarixləri aralığı ölkədə “Uşaq Hüquqları Aylığı” elan edilir. Bununla bağlı ölkədə silsilə maarifləndirici tədbirlər təşkil olunur.
Bu ilki aylıq çərçivəsində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun pediatriya kafedrasında keçirilən kurslarda bu mövzuya dair seminarlar təşkil olundu. Bununla yanaşı Bakıda təşkil edilən tədbirlərdə kafedranın dosenti Mətanət Qaraxanova BMT-nin “Uşaq hüquqları haqqında Konvensiya”sında yer alan uşaqların sağlamlıq, müdafiə, inkişaf və iştirak etmək hüquqlarının olmasına dair təqdimatla çıxış etdi. Öz çıxışlarında M.Qaraxanova tibb işçilərini uşaqlara göstərilən xidmətlər zamanı onların hüquqlarının qorunmasında fəal iştirak etməyə çağırmışdır.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.