Ə.Əliyev adına ADHTİ-nin nümayəndə heyəti Pekində Ənənəvi Çin Təbabəti və tibb təhsili üzrə təcrübələrlə tanış olub

21.11.2025

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nümayəndə heyəti Pekində bir sıra görüşlər keçirib. Çin Xalq Respublikasının Ənənəvi Çin Təbabəti Milli Administrasiyasının rəhbərliyi ilə görüşdə Ənənəvi Çin Təbabətinin tətbiqi, eləcə də bu sahədə beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub. Azərbaycan və Çin arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin mövcudluğu vurğulanıb və gələcək əməkdaşlığın genişləndirilməsi üçün razılıq əldə olunub.
Azərbaycan nümayəndə heyəti Pekin Çin Təbabəti Universitetinin klinikasının fəaliyyəti ilə də tanış olub. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Pənahov və Pekin Çin Təbabəti Universitetinin rektoru Tang Zhishu arasında görüş keçirilib və Anlaşma Memorandumu imzalanıb.
Daha sonra Pekin Universiteti Tibb Elmləri Mərkəzində keçirilən görüşdə davamlı tibbi təhsil, elmi tədqiqatlar, rezident və müdavim mübadiləsi üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər birgə işçi qrupunun yaradılması və gələcəkdə əməkdaşlıq memorandumunun imzalanması barədə razılığa gəliblər.
Pekin Universiteti Xalq Xəstəxanasında keçirilən görüşdə xəstəxananın səhiyyə idarəçiliyi modeli, tibb xidmətlərinin təşkilində şaxələnmə mexanizmləri və travmatologiya sahəsi ilə tanışlıq baş tutub.
Keçirilən görüşlər Azərbaycan və Çin arasında tibbi təhsil, ənənəvi təbabət və səhiyyənin təşkili sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır.

www.sehiyye.gov.az




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX