Yubiley təbriki!

20.11.2025

Əziz həmkarlar!
Azərbaycan səhiyyəsinin tarixində mühüm rol oynamış qocaman tibb müəssisələrindən biri olan Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 yaşı tamam olur. Fəaliyyətə başladığı ilk aylardan institut ölkə səhiyyəsində fəal iştirak etmiş, nailiyyətlərlə dolu zəngin və şərəfli bir yol keçmişdir. İnstitutun təşəkkülündə böyük xidmətləri olmuş görkəmli alimlərin fədakar əməyi və işıqlı xatirəsi bu yubiley günlərində ehtiramla yad edilir. Onların yaratdıqları ənənələr və formalaşdırdıqları tibbi mühit ölkəmizdə səhiyyənin inkişafına böyük dəstək olmuşdur.
Ə.Əliyev adına ADHTİ-nin kollektivi ölkə səhiyyəsində gedən uğurlu dəyişikliklərdə fəal iştirak edir, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə qəbul olunmuş müxtəlif xəstəliklər üzrə Dövlət Proqramlarının yerinə yetirilməsində, iş yerlərində və bölgələrdə vətəndaşlara tibbi yardımın göstərilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Müasir dövrdə ölkəmizdə səhiyyə sahəsində aparılan uğurlu siyasət birbaşa Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır. Onun və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daimi qayğısı və diqqəti Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundan da yan keçməmişdir. Möhtərəm Prezidentimizin və Mehriban xanımın da iştirakı ilə institutun əsaslı təmirdən sonra açılmiş binası bu gün ən yüksək standartlara cavab verən tədris mərkəzidir.
Bu gün Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tam yaradıcılıq gücü ilə fəaliyyət göstərir, səhiyyə sahəsində ölkəmiz qarşısında dayanan vəzifələrin layiqincə yerinə yetirilməsinə çalışır. İnstitutda diplomdansonrakı tibb təhsilinin təkmilləşdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi istiqamətində daimi axtarışlar gedir, təhsilin yeni forma və metodları praktikaya daxil edilir. Kollektivimiz dövlətimizdə gedən quruculuq işlərində də yaxından iştirak edir.
İnstitutumuzun əldə etdiyi nailiyyətlər bütünlüklə onun peşəkar kollektivinin fədakar əməyinin nəticəsidir. Həmin ənənələrin uğurla davam etdirilməsi bu gün əminliklə deməyə imkan verir ki, dövlətimiz tərəfindən qarşıya qoyulan vəzifələri bundan sonra da uğurla və layiqincə yerinə yetirəcəyik.
İnstitutun bütün əməkdaşlarını Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyi münasibətilə təbrik edir, hər birinizə uzun ömür, can sağlığı və işlərinizdə uğurlar arzulayıram.

Ə.Əliyev adına ADHTİ-nin rektoru
professor Nazim Pənahov





Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX