Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş konfrans keçirildi

14.11.2025

Ümumdünya Diabetlə Mübarizə Günü - 1991-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının təşəbbüsü ilə hər il noyabrın 14-ü qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd diabetlə bağlı qlobal məlumatlılığın artırılması və bu xəstəliyin inkişafının qarşısını almağın yollarını axtarmaqdan ibarətdir. Həmin gün respublikamızda da qeyd olunur.
Bu ilki Ümumdünya Diabetlə Mübarizə Günü 14 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası, Respublika Endokrinoloji Mərkəzi, Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyəti və Azərbaycan Diabet Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilmiş konfransda qeyd edildi.
Konfransın açılış mərasimində Azərbaycan Respublikası Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının sədri, Ə.Əliyev adına ADHTİ-nin terapiya kafedrasının müdiri professor Valeh Mirzəzadə, Respublika Endokrinoloji Mərkəzinin direktor vəzifəsini icra edən t.ü.f.d. Kəmalə Ağayeva, Azərbaycan Diabet Cəmiyyətinin sədri, Ə.Əliyev adına ADHTİ-nin terapiya kafedrasının əməkdaşı t.ü.f.d. Aygün Hüseynova çıxış etdilər. Bundan sonra professor V.Mirzəzadə şəkərli diabet və komorbid vəziyyətlərin idarə edilməsinə dair məruzəsində bu sahədə əldə edilmiş yeniliklərlə iştirakçıları tanış etdi. Konfransda İzmir Dokuz Eylül Universitetinin daxili xəstəliklər, endokrinologiya və metabolik xəstəliklər kafedrasının professoru Tevfik Demir də “Qlükoza sirrsiz: davamlı nəzarətin yeni dövrü” adlı məruzə ilə çıxış etdi. Məruzələr maraqla dinlənildi və mövzular ətrafında fəal müzakirələr aparıldı.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX