
06-09 noyabr 2025-ci il tarixində Türkiyənin İstanbul şəhərində allergik xəstəliklərə dair “Caspian Practicum” adlı beynəlxalq tədris layihəsi çərçivəsində yığıncaq keçirilmişdir. Tədbirin məqsədi allergik xəstəliklərin diaqnostikası və müalicəsi sahəsində biliklərin dərinləşdirilməsi və təcrübə mübadiləsi, eləcə də allergologiya və klinik immunologiya üzrə aparıcı mütəxəssislərlə müzakirələrin aparılması idi. Toplantıda beynəlxalq təcrübələri əhatə edən təqdimatlar nümayiş edilmişdir.
Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının müdiri, t.e.d. Rəqsanə Məmmədova həmin tədbirdə iştirak etdi. Əməkdaşımızın bu layihədə iştirakını beynəlxalq əməkdaşlığın inkişafına dəstək kimi qiymətləndirmək olar. Tədbir zamanı iclaslarda aparılan müzakirələrdə t.e.d. R. Məmmədova ölkəmizdə mütamadi davam edən həkimlərin peşəkar ixtisas səviyyəsinin yüksəldilməsində və institutun diplomdan sonrakı tibbi təhsil sahəsində əldə etdiyi nəticələri iştirakçıların nəzərinə çatdırmışdır.