“Tibbi elmlərin tədrisi” adlı kurs təşkil edildi

17.03.2025

Tibb və sağlamlıq təhsil proqramlarının, müasir yanaşmalara uyğun, sistemli şəkildə hazırlanması və yenilənməsinə daim ehtiyac duyulur. Ona görə də tibb təhsili verən müəssisələrin təlimçilərinin də təkmilləşdirilməsi mütəmadi olmalıdır. Bu məqsədlə 2024-cü ildən Azərbaycanda “Tibb tədrisçilərin inkişafı proqramı” çərçivəsində Ə.Əliyev adına ADHTİ-nun pedaqogika, psixologiya və səhiyyənin təşkili və menecmenti kafedrasında “Tibb elmlərinin tədrisi” adlı kurs həyata keçirilir. Növbəti kurs 03.03.2025-14.03.2025-ci il tarixində keçirilmişdir. 10 gün davam edən kursda institutun nefrologiya, hematologiya, anesteziologiya və reanimatologiya, stomatologiya və üz-çənə cərrahiyyəsi və oftalmologiya kafedralarınnın 5 nəfər, Gəncə Tibb Kolecinin 4 nəfər əməkdaşı iştirak etmişdir.
Keçirilən kursda iştirakçılara tibbi tədris prosesində istifadə edilən müasir üsul və yanaşmalar, tədris planlarının hazırlanması və istifadə edilən vəsaitlər barədə geniş məlumatlar təqdim edilmişdir. Bununla yanaşı iştirakçılar təlim mövzularına dair əldə etdikləri bilik və bacarıqları praktiki məşğələlərdə nümayiş etdirmişlər.
Təlimin son iki günü iştirakçıların tədris planlarının hazırlanmasına həsr edilmişdir. Hər bir iştirakçı üçün, təqdim etdiyi plana uyğun, həyata keçirdiyi dərsin 15 dəqiqəlik videoçəkilişi təşkil edilmişdir. Kursun son günündə bu videoçəkilişlər nümayiş olunmuş, rəylər səsləndirilmişdir.
Qeyd etmək lazımdır ki, bu kursun davamlı şəkildə keçirilməsi və kursda Azərbaycanın şəhər və rayonlarından tibb tədrisçilərinin daha yaxından iştirakı nəzərdə tutulur.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX