İnstitutun əməkdaşı Afinada ERNA-nın XXII Baş Assambleyasında iştirak etdi

10.11.2025

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının QİÇS, Vərəm, Hepatit və Psixoaktiv Maddələrdən sui-istifadə Avropa Şəbəkəsi (ERNA -European Red Cross and Red Crescent on AİDS, TB, Hepatitis and Substance Abuse) 1997-ci ildən fəaliyyət göstərir. Hər il Şəbəkənin ümumi yığıncağında Federasiyaya üzv olan ölkələrdə həyata keçirilən QİÇS, Vərəm, Hepatit və Narkotiklərlə mübarizə ilə bağlı fəaliyyətlər barədə məlumatlar təqdim edilir, ölkələrarası təcrübə mübadiləsi və yeni perspektivlərə yol açılır.
03-05 noyabr 2025-ci il tarixində “İcma-sağlamlıq reaksiyalarının gücləndirilməsi: HİV/ QİÇS, Hepatit, Vərəm və Psixoaktiv Maddə asılılığı ilə mübarizə üçün birləşdi” adı altında Şəbəkənin növbəti XXII Baş Assambleyası Yunanıstanın paytaxtı Afina şəhərində keçirildi. Assambleya Yunanıstanın Qırmızı Xaç Cəmiyyəti tərəfindən Yunanıstan Səhiyyə Nazirliyi və Afina şəhəri Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda təşkil edildi. Keçirilən tədbirdə 14 ölkənin Milli Cəmiyyətlərinin nümayəndələrilə yanaşı Afina şəhərinin səhiyyə naziri, sosial və digər dövlət qurumlarının nümayəndələri də iştirak edirdilər. Assambleyada QİÇS, vərəm və psixoaktiv maddələrdən sui-istifadə mövzularına həsr edilən 3 panel təşkil olundu. Azərbaycanda vərəm sahəsində həyata keçirilən fəaliyyətlər müvafiq paneldə təqdim edildi. Şəbəkənin 2026-2035 illər üçün yeni strategiyası qruplarda müzakirə olundu.
Yığıncağın sonunda gələcəkdə hər bir ölkədə bu sahələrin inkişafına dövlət və qeyri-dövlət təşkilatlarının birgə fəaliyyətlərinin daha geniş həyata keçirilməsi yolları haqqında müzakirələr aparıldı və təkliflər səsləndi.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü olaraq ERNA-nın XXII Baş Assambleyasında iştirak edərək aparılan müzakirələrdə fəal olmuşdur.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX