1895-ci ildə V.Rentgen tərəfindən rentgen şüalarının kəşfi şərəfinə 8 noyabr Beynəlxalq Radioloq Günü kimi qeyd olunur. Bu gün, radiologiya sahəsində çalışanların əməyini qiymətləndirmək və tibbi diaqnostikanın bu sahəsinin əhəmiyyətinə diqqət çəkmək üçün təsis edilib. 2025-ci ildə rentgen şüalarının açılmasının 130 illiyi qeyd olunur.
Bu gün şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrasında Beynəlxalq Radioloq Gününə həsr olunmuş yığıncaq keçirilmişdir. Kafedranın müdiri dosent Nuriyeva Arzu bu münasibətlə çıxış edərək əməkdaşları və müdavimləri təbrik edib, onlara şərəfli həkimlik fəaliyyətinə və xəstələrin həyatlarının xilas edilməsində fəal kömək göstərdiklərinə görə minnətdarlıq bildirmişdir.
Məruzədə qeyd olundu ki, kiçik bir sahədən başlayan diaqnostik Rentgenologiya indi PET, KT, MRT, İnvaziv radiologiya, Ultrasəs müayinə metodlarının geniş spektrləri ilə fəaliyyət göstərir və durmadan inkişaf edir.
Yığıncaqda şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrasının əməkdaşları və kafedrada ixtisasartırma kursu keçən müdavimlər iştirak etdilər.