28.10.2025-02.11.2025-ci il tarixində Bakıda Azərbaycan Pediatrlar Assosiasiyasının 42-ci Milli Qurultayı keçirilmişdir. Qurultayda pediatriyanın aktual məsələləri, tibbi bioetika problemlərinin müzakirəsi aparılmışdır. Tədbirdə bu mövzularda edilən məruzələrə ölkəmizin müxtəlif bölgələrində çalışan həkim-pediatrlar qulaq asmışlar.
Qurultayda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının professoru Zemfira Quliyeva da iştirak etmiş, ”Pediatriyanın aktual problemləri” panelinin moderatoru olmuşdur.