Gəncə şəhərində keçirilmiş Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin XIV Regional Konfransında oftalmologiya kafedrasının əməkdaşları fəal iştirak etmişlər
01.11.2025
31 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində Oftalmoloqların XIV Regional Konfransı keçirildi. Artıq ənənəyə çevrilən və hər il ölkənin müxtəlif bölgələrində təşkil olunan bu tədbir oftalmoloji xidmətlərin regionlarda inkişafı, həkimlər arasında elmi-praktik əməkdaşlığın genişləndirilməsi, o cümlədən müasir tibbi texnologiyaların tətbiqinin təşviqi məqsədi daşıyır.
Konrfansda Ə.Əliyev adına ADHTİ-nin oftalmologiya kafedrasının əməkdaşlarından t.e.d. Yazgül Abdıyeva və kafedranın baş laborantı, akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktor müavini Ceyhun Nəzərli məruzələrlə çıxış ermişlər. “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin dünəni və bu günü” adlı məruzə ilə çıxış edən t.e.d. Y.Abdıyeva Azərbaycan oftalmologiyasının tarixindən danışdı. “Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının 20 illik təcrübəsi” adlı məruzə ilə çıxış edən C.Nəzərli Mərkəzin səyyar klinikasının 20 illik fəaliyyəti barədə məlumat verdi. O, Prezident İlham Əliyevin sərəncamı ilə həyata keçirilən “Böyük Qayıdış” proqramına qoşularaq işğaldan azad edilmiş torpaqlarımızda səyyar klinika tərəfindən təşkil olunan humanitar tibbi aksiyalardan bəhs etdi.
Eyni zamanda t.e.d. Yazgül Abdıyeva və Ceyhun Nəzərli konfransın içlaslarında sədrlik də etmişlər. Ə.Əliyev adına ADHTİ-nin oftalmologiya kafedrasının o biri əməkdaşları bu konfransın təşkilində yaxından iştirak etmiş, iclaslarda fəal olmuşlar.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.