Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə görkəmli alim, akademik Mustafa Topçubaşovun 130 illik yubileyi qeyd olunur. Bu münasibətlə Azərbaycan Tibb Universitetində silsilə tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərdən biri də 30.10.25-31.10.25-ci il tarixində keçirilmiş tanınmış cərrah və böyük ictimai xadimin yubileyinə həsr olunmuş “Mustafa Topçubaşov: Akademik irs – 130” adlı elmi-praktik konfrans olmuşdur. Tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının rezidenti Bəndi Nahid Şahin oğlu "Cərrahiyyədə elmi və peşəkar yanaşmalar" panelində "Ağız və üz-çənə nahiyəsinin qüsurlarının rekonstruksiyasında müxtəlif növ fleblərin istifadəsinə yanaşma" mövzusunda çıxış etmişdir. Elmi iş kafedranın dosenti t.e.d. Məhəmməd Davudovun rəhbərliyi altında yerinə yetirilmişdir.