Ə.Əliyev adına ADHTİ-nin terapiya kafedrası Şamaxı şəhərində səyyari kurs keçirmişdir
31.10.2025
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Davamlı Tibbi Təhsil konseptinə uyğun olaraq keçirilən əyanı kurslarla yanaşı səyyarı kursların da aparılması mütamadi davam edir. Belə kurslarda biri institutun terapiya kafedrasının əməkdaşları tərəfindən 27.10.25-31.10.25-ci il tarixlərində Şamaxı şəhərində “Komorbid patologiyaların idarə olunmasının xüsusiyyətləri” mövzusunda keçirilmişdir.
Kursda Şamaxı rayon mərkəzi xəstəxanasının terapevt, ailə həkimləri, kardiolq və endokrinoloqları iştirak etmişlər. Kafedranın dosenti t.e.d. Mehdiyev Samir və kafedranın assistenti t.ü.f.d. Musayeva Ağabacı tərəfindən daxili xəstəliklər praktikasında rast gələn komorbid patologiyalar və onların idarə olunmasına dair son klinik protokollardan olan məlumatlar həkim-dinləyicilərə çatdırılmışdır. Səyyar kurs zamanı ətraflı müzakirələr aparılmış, müdavimləri maraqlandıran çoxsaylı suallara cavablar verilmiş, bir neçə ağır xəstənin diaqnostika və müalicə taktikasının seçilməsində yerli həkimlərə köməklik göstərilmişdir. Həkim-müdavimlər səyyar kursun vacibliyini qeyd etmiş, kafedranın müəllimlərinə dərin minnətdarlıqlarını bildirmişlər.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.