Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

28.10.2025

28.10.2025-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. 2024-2025-ci tədris ilində Rezidentura şöbəsinin fəaliyyəti haqqında hesabat.
Məruzəçi: prorektor t.e.d. Məhəmməd Davudov

2. Müxtəlif məsələlər.
3. Ümumi və plastik cərrahiyyə kafedrasının 0,5 ştat vahidi professor vəzifəsinə seçki.
4. Anesteziologiya və reanimatologiya kafedrasının dosenti elmi adının verilməsi.

I məsələ üzrə rezidentura üzrə prorektor dosent t.e.d. Məhəmməd Davudov məruzə edərək bildirdi ki, hal-hazırda institutda 29 ixtisas üzrə 256 həkim-rezident təhsil almaqdadır. 2025-2026-cü tədris ili üçün ümumilikdə 66 həkim-rezident qəbul olmuşdur. Onlardan 52 nəfər dövlət xətti ilə DİM-in əmri ilə, 14 nəfər əcnəbi vətəndaş müsabiqə yolu ilə daxil olmuşdur.
Hal-hazırda rezidenturada hazırlıq klinik baza olaraq 47 dövlət və özəl müəssisədə aparılır.Yaxın zamanda bu siyahıya bir sıra özəl müəssisənin də daxil edilməsi gözlənilir. 2026-2027-ci tədris ili üçün qəbul planında 25 ixtisas üzrə 50 yer ayrılmışdır. Eyni zamanda bir neçə ölkənin ali tibb təhsili müəssisələri ilə müqavilələr bağlanaraq həkim rezidentlərin xaricdə rotasiya keçməsi təmin olunmuşdur: Almaniya Federasiyası - 3, Qazaxıstan - 1, Türkiyə Cümhuriyyəti - 7, Fransa - 1 həkim-rezident.
Sonra prorektor qeyd etdi ki, rezidentura şöbəsinin fəaliyyətinin optimallaşdırılmasının əsas yolları ixtisaslar üzrə rezidentura təhsil proqramlarının vaxtaşırı yenilənməsi, rezidentlərin üzərinə düşən akademik yükün artırılması, elektron kitabxanadan istifadə, simulyasion təbabətin imkanlarından istifadə, rezidentlərin yekun və dövrü imtahanlarının suallarının tərtibi, rezidentlərin davamiyyəti və növbələrin təşkilinə nəzarətdir. Eyni zamanda rezidentlərin üzərinə düşən akademik yükün artırılması orijinal məqalələrin yazılması, ədəbiyyat icmallarının yazılması, klinik hadisələrin müzakirəsi,elmi konfranslarda çıxışlar vasitəsilə həyata keçirilir. Tədris zamanı institutda mövcud olan mülyajlardan və simulyatorlardan istifadə olunması tədrisin keyfiyyətini dəfələrlə artırır.
İnstitutun rektoru professor Nazim Pənahov qeyd etdi ki, rezidentura təhsilinin keyfiyyətinin atrırılmasında rezidentlərin dərsə və növbələrə davamiyyəti, onların biliklərinin mütamadi yoxlanması ilə yanaşı həmin bilikləri mənimsənilməsi üçün şəraitin yaradılması da önəmlidir. Sonra rektor çıxışına davam edərək rezidentura təhsilinin optimallaşdırılmasında institutun üzərinə düşən vəzifələrdən danışdı.
Gündəliyin II məsələsi üzrə çixiş edən Elmi Şura sədri professor Nazim Pənahov institutun 90 illik yubileyini yüksək səviyyədə keşirmək üçün aparilan işlər haqqında danışdı. Rektor geyd etdi ki, 2025-ci ilin noyabr ayında institutun yaranmasının 90 ili tamam olur. Bu illər ərzində institut şanlı tarix yaşamış, tanınmış ali təhsil ocağına çevrilmişdir. Azərbaycanın, demək olar ki, bütün həkim və provizorları, bir çox xarici ölkə vətəndaşları institutda ixtisaslaşma və ya ixtisasartirma kursları keçmiş və öz peşə karyeralarını qurmuşlar. İnstitutda aparılmış bir çox eimi-tədqiqat işləri yenilik kimi tanınmış, təbabət tarixinə şanlı səhifələr kimi daxil olmuşdur. İnstitut əməkdaşlarinin şəfa verdiyi on minlərlə xəstələr ölkəmizin rifahı üçün çalışmış və indi də çalışırlar.
Professor N.A.Pənahov çıxışını davam etdirərək institutun bu günkü günü və qarşıda duran vəzifələrdən danışdı. Rektor yubiley tədbirləri haqqında məlumat verərək bu tədbirlərin keçirilməsində cavabdeh olan əməkdaşlara tapşırıqların verildiyini bildirdi. İnstitutun 90 illik yubileyinə həsr olunmuş konfrans Azərbaycan Respublıkası Səhiyyə Nazirliyi ilə razilaşdırılaraq 2025-ci ilin 19-20 dekabrında keçiriləcəkdir. Konfransda Respublikanın tanınmış tibb alimləri və səhiyyə işçilərinin, institutumuzun əməkdaşlıq etdiyi bir çox xarici ölkə tibb təhsil ocaqlarının rəhbərləri və alimlərinin iştirakı gözlənilir. Konfransin təntənəli açıiış mərasimindən sonra təbabətin aktual məsələlərinə həsr olunmuş plenar iclaslar keçiriləcəkdir.
Sonra rektor Elmi şura üzvlərinin nəzərinə çatdırmışdır ki, institutun yubileyinə həsr olunmuş buklet, elmi işlər məcmuəsi və sənədli film hazırlanır. Eyni zamanda Аzərbaycan Tibb Jurnalının və institutun “Tibb və Elm Əziz Əliyev adına elmi-praktik jurnalı”nın 90 illik yubileyə həsr olunmuş buraxılışı üzərində işlər aparılır.
Professor N.A.Pənahov sonda bir neçə müxtəlif məsələ haqqında məlumat verdikdən sonra institutun rəsmi internet saytının da yeniləşdirilməsi üzrə işlərin aparılması haqqında da danışdı.
Elmi şuranın gündəliyinin digər məsələləri olan professor vəzifəsinə seçki və dosent elmi adının verilməsi üzrə müzakirələr getdikdən sonra müsbət qərar qəbul edilmişdir.
Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX