Əməkdaşımız AAOS-2025 illik toplantısında iştirak etmişdir

15.03.2025

10-14 mart 2025-ci il tarixində ABŞ-ın San Diego şəhərində Amerika Ortopedik Cərrahlar Akademiyasının (AAOS -American Academy of Orthopedic Surgeons) illik toplantısı keçirilmişdir.
AAOS -un illik toplantıları travmatologiya və ortopediya ixtisası üzrə dünyada kecirilən ən möhtəşəm tədbir sayılır. Bu il toplantıya bütün dünya ölkələrindən 30000-dən çox iştirakçı qatılmışdı. Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun travmatologiya və ortopediya kafedrasının assistenti t.ü.f.d. İnar Seidov da iştirak etmişdir.
İxtisasın tanınmış mütəxəssisləri 5 gün ərzində travmatologiya və ortopediyanın bütün aktual məsələlərini müzakirə etdilər. Canlı əməliyyatlardan başqa, geniş spektrdə mövzuları olan interaktiv seanslar və “Workshop”lar da keçirildi.
Toplantıda planlaşdırılan proqram üzrə praktiki bacarıqların inkişaf etdirilməsi, praktikada çətin texnologiyalar müzakirə olundu, fikir mübadiləsi aparıldı və ekspertlərdən öyrənmək imkanları əldə edildi. Bu beş gün ərzində nümayəndələr tərəfindən canlı cərrahiyyə əməliyyatlarına, mürəkkəb klinik hadisə təqdimatlarına, didaktik mühazirələrə baxıldı.
Tədbir cərcivəsində institutun əməkdaşı İnar Seidov robotik cərrahiyyənin ilkin nəticələri və perspektivləri mövzusunda dəyirmi masada iştirak edibdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX