Avropa Hemofiliya və Qan xəstəlikləri Assosiasiyasının 18-ci Beynəlxalq Hemofiliya konqresi (EAHAD- 2025) keçirilmişdir

10.02.2025

4-7 fevral 2025-ci il tarixində İtaliyanın Milan şəhərində Avropa Hemofiliya və Qan xəstəlikləri Assosiasiyasının 18-ci Beynəlxalq Hemofiliya konqresi (EAHAD- 2025) keçirilmişdir. Konqresdə ABŞ, Rusiya, Türkiyə, Niderland, Xorvatiya, Almaniya və s. ölkələrinin səhiyyə təşkilatçıları, alim- mütəxəssisləri ilə bərabər Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir.
Tədbirdə ölkəmizi Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov, Hematologiya kafedrasının müdiri dosent Elmira Qədimova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi planlama departamentinin rəhbəri professor Hikmət İbrahimli təmsil etmişdir.
Konfransda irsi qan xəstəlikləri müalicəsində gen terapiyası haqqında geniş müzakirələr aparılmışdır.
Çexiyadan olan prodessor Yan Blatneyin irsi xəstələrin gen terapiyası və monitorinqindən bəhs edən məruzəsi geniş maraqla qarşılanmışdır. Eyni zamanda konqresdə irsi qan xəstəliyi olan von Villebrand xəstəliyi mövzusu da geniş müzakirə olunmuşdur. İtaliyadan Mariya Elisa von Villebrand xəstələrinin statistikasından bəhs etmiş, Amerikadan Robert Sudokio von Villebrand xəstələrinin müalicəsinin yaxşılaşdırması və profilaktikası barədə geniş məruzə etmişdir. ABŞ alimi bildirmişdir ki, von Villebrand xəstələrinin dünyada cəmi 10% - i profilaktik müalicə alır.
Xorvatiyadan olan alim Anna Boban geniş məruzə ilə çıxış etmişdir. O məruzəsində profilaktik müalicə alan von Villebrand xəstələrində burun qanaxmaları, oynaqdaxili qanaxmalar, kəskin uşaqlıq qanaxmaları haqqında danışmışdır və göstərmişdir ki, belə xəstələrdə burun qanaxmaları 100%, oynaqdaxili qanaxmalar 76%, kəskin uşaqlıq qanaxmaları 80% azalır.
Almaniyadan Karmen Eskuriola ağır hemofiliyalı xəstələrin immun tolerantlıq induksiyası müalicəsindən bəhs etmişdir. Sonda interaktiv sual-cavab sessiyaları aparılmışdır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri professor Nazim Qasımov və nümayəndə heyətinin üzvləri Avropanın bir sıra ölkələri, Rusiya və Türkiyədən olan nümayəndə heyətləri ilə görüşlər keçirmiş, elmi nəticələr haqqında fikir mübadiləsi etmiş və əlaqələrimizin daha da genişlənməsi yolları haqqında müzakirə aparmışlar.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX