26.02.2014


2013-2014 cü tədris ilindən həkimlər və əczaçıların təkmilləşdirmə kurslarının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim planında müddəti 2-4 həftəyə qədər qısaldılmış, bu isə tədris ili ərzində institutda qəbul olunacaq müdavimlərin sayını əhəmiyyətli dərəcədə artırmışdır. Kurslara qəbulun optimallaşdırılması məqsədilə 2013- cü ildən başlayaraq Ə.Əliyev adına ADHTİ-da müdavimlərin təkmilləşmə kurslarına qəbulu Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış "Elektron əmr" əsasında həyata keçirilir. Elektron əmrdə təkmilləşmə kurslarına qəbul olunacaq namizədin registir kodu, adı, soyadı, atasının adı, ixtisası, tutduğu vəzifə və iş yeri haqqında məlumat öz əksini tapır. Kurslara qəbul müdavimlərin şəxsiyyətini təsdiq edən sənəd və onun surətinin təqdim edilməsi əsasında namizədin soyadı və adının elektron əmrdə olması müəyyən edildikdən sonra aparılır. Artıq bir sıra sənədlərin və onların surətlərinin tələb olunmasına ehtiyac yoxdur. Bunun sayəsində müdavimlərin sayının artmasına baxmayaraq qəbul prosesi qısa zaman ərzində bitir. Xüsusi hazırlanmış proqramda müvafiq qeyd aparılır, müdavimin qəbul əmrinin və sonda kursu bitirmə əmrinin nəticəsi dərhal Səhiyyə Nazirliyinə bəlli olur. Elektron səhiyyənin imkanlarından istifadə qəbul prosesinin qısa zaman ərzində bitməsinə və tədris prosesinin vaxtında başlamasına şərait yaradır.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX