Ə.Əliyev adına ADHTİ-də təkmilləşmə kurslarının yekun imtahanları
zamanı qiymətləndirmədə elektron test üsulu tətbiq edilmişdir

19.11.2014

    Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda diplomdansonrakı tibb təhsilinin təkmilləşdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi istiqamətində daimi axtarışlar gedir, təhsilin yeni forma və metodları praktikaya daxil edilir. Respublika tibb işçilərinin sertifikasiya prosesinin əsasını test suallarina cavab formasında elektron imtahan təşkil etdiyini nəzərə alıb, institutumuzda da həkim-dinləyicilərin biliklərinin obyektiv qiymətləndirilməsi üçün imtahanların bu formatda təşkil olunmasına qərar verilmişdir. Artıq bu istiqamətdə müəyyən işlər görülmüş, zəriuri texniki avadanlıqlar əldə edilmiş, imtahanın keçirilməsi üçün xüsusi proqram hazırlanmış, cavabların qiymətləndirilməsi metodikası işlənib hazırlanmışdır. İlk imtahanları mamalıq-ginekologiya, terapiya və şüa diaqnostikası kafedralarının müdavimləri vermişlər. Kursların axırıncı günü təşkil olunmuş bu imtahanlarda 90 müdavim iştirak etmişdir. Qeyd etmək istərdik ki, xüsusi kompüter proqramı hesabına test suallarina verilmiş cavabların nəticələri dərhal məlum olur və müdavim öz düzgün və səhv cavablarını həmin anda görə bilir. Elektron test imtahanları aprobasiyadan müvəffəqiyyətlə çıxdığına görə onun genişləndirilib bütün kafedralarda tətbiq ediləcəyi planlaşdırılır.





Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX