Ə.Əliyev adına ADHTİ-də təkmilləşmə kurslarında tədrisin keyfiyyətinin
yüksəldilməsi prioritet vəzifə kimi qoyulmuşdur

05.11.2014

   Qeyd etdiyimiz kimi həkimlərin peşə hazırlığında bugünkü vacib məsələlərdən biri ali tibb mütəxəssislərinin bilik və vərdişlərinin müasir standardlar səviyyəsinə yüksəldilməsidir. Kurslarda tədrisin keyfiyyətinin yüksəldilməsi yollarından biri həkimlər tərəfindən müxtəlif tibbi ədəbiyyat materiallarının, yeni informasiyaların müdavimlərə çatdırılmasıdır. Bu məqsədlə institutun elektron saytında xüsusi tibbi məlumat arxivinin yaradılması işlərinə başlanmışdır. Məlumat arxivində müəllimlərin bütün ixtisaslar üzrə mühazirələrin prezentasiya variantları, kafedraların nəşr etdikləri tədris vəsaitləri, aktual mövzulu, institutda aparılan elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən məqalələr, milli və xarıcı klinik protokollar, elektron kitablar və s. yerləşdiriləcəkdir. Tibb mütəxəssisləri institutun web saytına girməklə bu məlumatları asanlıqla əldə edəcəklər. Ümid edirik ki, peşəkar tibbi informasiyanın bu cür çeşidlənməsi və tibb ictimaiyyətinə təqdim olunması ümumilikdə həkimlərin peşə hazırlığının yüksəldilməsinə xidmət edəcək və son nəticədə əhaliyə göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşmasına səbəb olacaqdır.





Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX