Ə.Əliyev adına ADHTİ-də beynəlxalq təhsil günləri keçirilmişdir

15.10.2014


Xəbər verildiyi kimi 13.10.2014-14.10.2014-cü il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun auditoriyalarında beynəlxalq təhsil sistemi çərçivəsində ABŞ-dan olan mütəxəssislər professor James Johnson, professor William Lawton, professor Susan Brunsell və professor William Maynard muxtəlif ixtisas mövzularına həsr olunmuş mühazirələr oxumuşlar. Mühazirələrdə institutumuzda təhsil alan həkim-müdavimlərlə yanaşı Respublikanın müxtəlif tibb idarələrinin həkimləri də iştirak etmişlər. Dinləyicilər mühazirələri böyük maraqla dinləmiş,diskussiyalarda aktiv iştirak etmişlər. Onların əksəriyyətinin fikrincə belə təşəbbüslər Azərbaycan tibb eiminə və praktik səhiyyəsinə ancaq yenuliklər gətirir və alqışlanmalıdır. Qeyd etmək lazımdir ki, beynəlxalq təhsil günlərinin keçirilməsi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda artıq bir ənənə halı almışdır və institutun rəhbərliyi gələcəkdə də belə mühazirələri daha tez-tez keçirməyi nəzərdə tutmuşdur. ABŞ-dan olan mütəxəssislərin oxuduqları mühazirələrin mövzularını nəzərinizə çatdırırıq:

Professor James Johnson - Yoluxucu xəstəliklər ixtisası üzrə:
      Mövzu: 1. Sağlamlıqla əlaqədar infeksiyalarda ətraf mühitin rolu.
      2. Qastroenteritlər.

Professor William Lawton - Nefrolgiya ixtisası üzrə:
     Mövzu: 1. Renal arteriyanın stenozu (Vazorenal hipertenziya), müdaxilə etməliyikmi?
     2. Hipertenziyanın müalicəsində son təlimatlar (2013-2014).

Professor Susan Brunsell - Ailə təbabəti ixtisası üzrə:
     Mövzu: 1. Hiperlipidemiya
     2. Depressiya zamanı ilkin tibbi yardım.

Professor William Maynard - Daxili xəstəliklər ixtisası üzrə:
     Mövzu: 1. Durğunluq ürək çatışmazlığı.
     2. Bayılma və başgicəllənmə.





Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX