23.09.2014


Respublikamızda Səhiyyə sektoruna aparılan islahatlar çərçivəsində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu qarşısında tibbi təhsilin keyfiyyətinin müasir dünya standartlarına uyğunlaşdırmaq vəzifəsi qoyulmuşdu. Bu məsələnin həlli üçün institutda tədrisin müxtəlif növ və formaları həyata keçirilir. İnstitut rəhbərliyi tibb elminin ən son nailiyyətlərinin yerli həkim-mütəxəssislərə çatdırılması məqsədilə beynəlxalq təhsilə önəm verir. Bu məqsədlə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə razılaşma əsasında ABŞ-dan olan mütəxəsislər institutumuza dəvət olunmuş və 16.10.2014 - 17.10.2014-cü il tarixində müxtəlif mövzularda mühazirələr oxuyacaqlar:

Professor James Johnson - Yolxucu xəstəliklər ixtisası üzrə:
      Mövzu: 1. Sağlamlıqla əlaqədar infeksiyalarda ətraf mühitin rolu.
      2. Qastroenteritlər.

Professor William Lawton - Nefrolgiya ixtisası üzrə:
     Mövzu: 1. Renal arteriyanın stenozu (Vazorenal hipertenziya), müdaxilə etməliyikmi?
     2. Hipertenziyanın müalicəsində son təlimatlar (2013-2014).

Professor Susan Brunsell - Ailə təbabəti ixtisası üzrə:
     Mövzu: 1. Hiperlipidemiya
     2. Depressiya zamanı ilkin tibbi yardım.

Professor William Maynard - Daxili xəstəliklər ixtisası üzrə:
     Mövzu: 1. Durğunluq ürək çatışmazlığı.
     2. Bayılma və başgicəllənmə.

Mühazirələrdə institutumuzda təhsil alan həkim-müdavimlərlə yanaşı respublikanın müxtəlif tibb idarələrinin həkimləri də iştirak edə bilərlər.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX