20.09.2014


"Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nın yerinə yetirilməsi ilə ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirinin 02.09.2014-ci il 87 saylı əmrinə əsasən bir sıra səhiyyə ocaqlarında tədbirlər planının həyata keçirilməsi nəzərdə tutulur. Son illər səhiyyəmizdə müxtəlif istiqamətlərdə aparılan reformalar, uşaqların sağlamlığına göstərilən qayğının artırılmasına yönəlmişdir. Uşaqların sağlamlığını diqqət mərkəzində saxlamaq, xəstəliklərin erkən aşkarlanması və sağlam gələcək məqsədi ilə vaxtı-vaxtında dispanserizasiyanın aparılması, həmçinin uşaqlar arasında xəstəliklərin profilaktikası və müalicəsi, fəsadlarla mübarizə vacib məsələlərdən sayılır. Bu məqsədlə , Ə.Əliyev adına ADHTİ “ Uşaqlar arasında tez-tez rast gələn xəstəliklər” mövzusunda Beynəlxalq səviyyədə elmi-praktiki konfrans keçirməyi planlaşdırır. Konfrasda iştirak etmək üçün Avstriyadan, Rusiyadan yüksək ixtisaslı mütəxəsisslər dəvət olunacaq, pediatriyanın ən aktual məsələlərinə dair məruzələr dinlənəcəkdir.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX