Yanıqlar və onların fəsadlarının müalicəsinə həsr olunmuş dəyirmi masa keçirildi

03.03.2017

    Səhiyyədə həyata keçirilən islahatlar və pozitiv dəyişikliklər barədə ictimaiyyəti geniş məlumatlandırmaq məqsədi ilə Səhiyyə Nazirliyinin göstərişi ilə tibbi yardımın müxtəlif sahələrinə həsr olunmuş dəyirmi masalar keçirilir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda artıq keçirilmiş bir neçə belə masa ictimaiyyətin marağına səbəb olmuşdur. 02 mart 2017-ci ildə növbəti dəyirmi masa keçirildi. Tədbir Ə.Əliyev adına ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının Yanıq şöbəsinin fəaliyyətinə həsr edilmişdi. Dəyirmi masa həmin şöbədə baş tutdu.
    Qeyd olundu ki, yanıqlarla məşğul olan elm sahəsi- kombustiologiya nisbətən cavan elmlərdən sayılır. Beləki, yanıqların ixtisaslı müalicəsinə 1948-ci ildən başlanmışdır. Bu dövrdən etibarən yanıqların müalicəsinin müxtəlif üsulları tətbiq edilir. Müalicə prossesinin təkmilləşdirilməsi hal-hazırki dövrdə də davam etməkdədir.
    Azərbaycanda yanıqların ixtisaslı müalicəsi ötən əsrin 60-cı illərindən başlamışdır. Respublikada ilk dəfə olaraq Yanıq Mərkəzinin yaradılması bu işdə önəmli rol oynamışdır. Azərbaycan Respublikası Səhiyyə Naziri cənab Oqtay Şirəliyevin sərancamı ilə həmin mərkəz 3 ilə yaxındır Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının nəzdində yanıq şöbəsi kimi fəaliyyət göstərir. Bununla da bir-birini tamamlayan iki böyük klinik sahənin bir müəssisədə fəaliyyət göstərməsi üçün münbit zəmin yaradılmışdır. Beləki, yanıqların müalicəsi çox ağır zəhmət tələb edən işdir. Xəstələr uzun müddət müalicə edilirlər. Kəskin dövrdən sonra belə bədənin müxləlif nahiyyələrində olan çapıqlar və deformasiyalarla davamlı müalicələr almalı olurlar. Bu zədələri ləğv etmək üçün çox çeşidli və mürəkkəb əməliyyatlar aprılmalıdır və onların da ixtisaslaşmış klinikada həyata keçirilməsi vacibdir. Ona görə də çox zaman müştərək travmalarla müşayiət olunan yanıqlı xəstələrin eyni müalicə müəssisəsində terapiya alması bu günün tələbidir.
    Dəyirmi masada yaniqlar və onların fəsadlarinin müalicəsində Azərbaycan alimlərinin nailiyyətləri haqqında danışıldı, plastik və rekonstruktiv əməliyyatlar barədə məlumatlar verildi.Məruzələrlə yanıq şöbəsinin əməkdaşları t.ü.f.d. Əzizbəyov Həmzə, Zeynalova Ülviyyə və Ə.Əliyev adına ADHTİ-nin dosenti Əsədov Həsən çıxış etdilər.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX