Laparoskopik cərrahiyyə üzrə təlim başladı

08.06.2016

    Müasir təbabətin ən innovasion metodlarından biri də qarın boşluğunda aparılan laparoskopik əməliyyatlardır. Bu əməliyyatlardan sonra ağırlaşmaların sayı azalır, bərpa müddəti qısalaraq reabilitasiya prosesi sadələşir, hospitalizasiya müddəti azalır və dəridə kobud kosmetik zədələr qalmır. Həmin əməliyyatlara yiyələnmık üçün bir neçə ildir Ə.Əliyev adına ADHTİ-nin cərrahiyyə kafedrasında invaziv cərrahiyyə kursları keçirilir. Bu günə qədər 100-dən çox müdavim laparoskopik kurslarda iştirak etmiş, həmin əməliyyatların aparılması texnikasını öyrənmişlər. Tədris zamanı cərrahi əməliyyatlar mülyajların üzərində və simulyatorlarda laparaskopik alətlərin köməyi ilə icra olunur.
    Laparoskopik cərrahi metod və vərdişlərin aşılanmsı hələ erkən təhsil illərindən təmin edilərsə daha effektli olur. Bu məqsədlə Respublikamızda 2011-ci ildən fəaliyyətə başlamış rezidentura təhsili üzrə cərrahi ixtisaslarda təhsil proqramlarına mini invaziv cərrahi əməliyyatların metodologiyasının tədrisi və onun praktik vərdişlərinə yiyələnməsi məsələlərinin daxil edilməsi mühüm əhəmiyyət kəsb edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə 07-10 iyun 2016-cı il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ümumi cərrahiyyə ixtisası üzrə rezidentura təhsili alan müsabiqə yolu ilə seçilmiş rezidentlər üçün (kuratorların cəlb olunması ilə) “Laparoskopik cərrahiyyə” üzrə dörd günlük təlimin keçirilməsinə başlanmışdır. Təlim zamanı laparoskopik cərrahiyyənin elmi əsaslarına həsr olunmuş mühazirə və videomühazirələr oxunacaq, laparoskopik vərdişlərin öyrənilməsi, ayrı-ayrı əməliyyatların edilməsi texnikasına həsr olunmuş təcrübi məşgələlər aparılacaq və canlı əmliyyatlar nümayiş olunacaqdır. Təlimin sonuncu günü iştirakçılar qiymətləndirilib sertifikat alacaqlar.
    Təlimi giriş sözü ilə Ə.Əliyev adına ADHTİ-nin rektoru professor N.Qasımov açdı. O qeyd etdi ki, hazırkı dövrdə cərrahiyəni laparoskopik diaqnostik və müalicə metodlarsız təsəvvür etmək mümkün deyil. Son illərdə Səhiyyə Nazirliyi bu metodikaları kifayət qədər yüksək səviyyədə mənumsəmiş kadrların hazırlanmasını bir vacib məsələ kimi bizim qarşımızda qoymuşdur. İndiyənədək bu sahədə institutumuz tərəfindən xeyli işlər görülmüş və bizim hazırladığımız həkim-mütəxəssislər yerlərdə bu tip əməliyyatları müvəffəqiyyətlə yerinə yetirirlər. Bu mütəxəssislər cərahi profiılin müxtəlif sahələrində tətbiq olunan laparoskopik metodları məhz xarici ölkələrdə deyil, bilavasitə ölkəmizdə Ə.Əliyev adına ADHTİ-nun bazasında son 3 ildə təşkil olunmuş çoxsaylı qısanmüddətli ixtisasartırma kursları və treninqlər vasitəsi ilə mənimsəmişlər. Təlabatın böyük olduğu və bu cür tədbirlərin effektli olduğu nəzərə alınaraq bu gün biz məsələnin həllində irəli daha bir addım ataraq ümumi cərrahiyyə ixtisası üzrə təhsil alan rezidentlər üçün laparoskopik cərrahiyyə üzrə təlimi təşkil etmişik. Bu təlimin nəzərəçarpan özəlliyi ondadır ki, eyni zamanda rezidentlərlə yanaşı təlimçilər(moderator və instruktorlar) üçün də təlim proqramı hazırlanmışdır və onlara da xüsusi hazırlıq məşğələləri planlaşdırılmışdır. Təlimin keçirilməsi üçün bütün zəruri şərait yaradılmış, lazımı avadanlıqlar qurulmuşdur. Ümüdvaram ki, adı qeyd olunan təlim müvəffəqiyyətlə keçiriləcəkdir.
    Sonra tədbirdə qonaq qismində iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı t.e.d.R.Mahmudov çıxış edərək tədbirin əhəmiyyətindən söz açdı.O qeyd etdi ki, Azərbaycan dövlətinin, şəxsən Prezidentimiz İlham Əliyev cənablarının istəyi budur ki, Azərbaycan durmadan inkişaf etsin, bütün sahələr, xüsusən də səhiyyəmiz dünya standartları səviyyəsinə çatdırılsın. Mən Ə.Əliyev adına ADHTİ-da belə bir tədbirin keçirilməsini alqışlayıram və iştirakçılara öz işlərində müvəffəqiyyətlər arzulayıram.
    Sonra təlim öz işini plenar iclaslarla davam etdirdi. Ə.Əliyev adına ADHTİ-nun rektoru professor N.Qasımov “İxtisaslaşmış cərrahiyyədə laparoskopiyanın yeri və perspektivləri”, professor Q.Müslümov “Laparoskopik cərrahiyyənin dünəni, bu günü və sabahı: reallıqlar və perspektivlər”, t.ü.f.d. R.Şolan ”Urologiyada laparoskopiyanın yeri” mövzularında açıq mühazirələrlə çıxış etdilər. Mühazirələr diqqətlə dinlənildi, maraqlı suallar cavablandırıldı. Sonra təlim iştirakçılarına təcrübi məşgələlərdə laparoskopik cərrahiyyənin əsasları çatdırıldı. Təlimin o biri günləri iştirakçılar plana uyğun olaraq laparoskopik cərrahiyyənin aktual məsələlərinə həsr olunmuş açıq mühazirələrlə yanaşı,videomühazirələr dınləyəcək və təcrübi məşğələlərdə cərrahi texnikalar, praktik cərrahiyyədə rast olunan hallar haqqında məlumatlar alacaqlar. Təlimin axırıncı günü bütün iştirakçılar üçün zala translyasiya edilməklə laparoskopik xolesistektomiya, laparoskopik fundoplikasiya kimi canlı əməliyyatlar təqdim ediləcəkdir. Xüsusi hazırlanmış qiymətləndirilmə metodu ilə təlimçilərin təlim və didaktiv qabiliyyəti qiymətləndiriləcəkdir. Eyni zamanda rezidentlərin də həm praktik vərdişləri mənimsəməsi, həm də onların nəzəri baza biliklərinin səviyyəsi müəyyən ediləcəkdir. Təlimin bağlanışı zamanı iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaqdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX