Rezidentlərimiz Almaniyada təhsil aldılar

17.05.2016

    Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda beynəlxalq tədrisə böyük əhəmiyyət verilir. Həmin tədrisin formalarından biri də institutumuzun rezidentlərinin bir sıra xarici ölkələrin nüfuzlu ali tibbi təhsil ocaqlarında rotasiya kursları keçməsidir. İndiyənə qədər institutun bir neçə kafedrasının rezidentləri Almaniya, Türkiyə, Rusiya və Belarusiyanın müxtəlif nüfuzlu tibb təhsili müəssisələrində belə rotasiya kurslarında olmuşlar. Xəbər verildiyi kimi 2016-cı ilin fevral ayında onkologiya, hematologiya və terapiya kafedralarının 3 rezidenti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xətti ilə Almaniyanın Jena şəhərinə Fridrix Şiller adına Jena universitetinə 3 aylıq müddətə rotasiyaya göndərilmişdilər. Həmin rezidentlər 14.05.2016-cı il tarixində ixtisasları üzrə 3 aylıq kurs keçib Vətənə dönmüşlər. Onlar əldə etdikləri nailliyyətlər haqqında hesabat vermiş və yaradılmış imkan üçün minnətdarlıq bildirmişlər.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX