11.04.2014


14-15 aprel 2014-cü il tarixində Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasında Amerikanın qabaqcıl mütəxəssisləri tərəfindən humanitar təşkilatın rəhbəri Stiv Stonhausun tərtib etdiyi proqram əsasında uşaq yaşlarının endokrinilogiyası, allerqologiya və immunologiyası, hemotologiya və onkologiyası üzrə həkim-müdavimlər üçün mühazirələr və seminarlar keçirilir. Seminarlar Professor Cems Varpinski, professor Robert Hofman, professor Susan Vir tərəfindən təqdim edildi. Seminarların mövzuları aşagıdakılardır:

- Pediatrik allergiyalar: allergiyanın kliniki təsviri, allergik pozğunluqlar zamanı laborator testlər. Allergiyanın müalicə prinsipləri. Astma və allergiyaların qiymətləndirilməsi və müalicəsində bazis yanaşma

- Pediatrik endokrinologiya: tez-tez rast gələn endokrin pozgunluqlar zamanı laborator testlər. I tip şəkərli diabetin qiymətləndirilmə və aparılan tədbirlərə praktik yanaşma

- Pediatrik hematologiya/onkologiya: uşaqlarda rast gələn anemiyalara praktik yanaşma. Uşaqlarda leykoz, limfoma, neyroblastoma, Vilm şişi, mərkəzi sinir sisteminin şişləri kimi rast gələn pediatrik bədxassəli şişlərin qiymətləndirilməsi və aparılan tədbirlər.

Seminarlar saat 9.00-dan 15.00-ə kimi fasilələrlə keçirildi. Sonda həkimlərə seminarların keçirilməsi haqqında sertifikatlar təqdim olundu.



Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu