10.04.2014


Hər il olduğu kumu Azərbaycanda 7 Aprel Ümumdünya Sağlamlıq Günü qeyd edilir. Bu günün qeyd olunması 1948-ci il Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranma tarixinə təsadüf edir. Dünyada bu günün qeyd olunması, sağlamlığın qlobal təsirə malik olduğunu təsdiq edən, hər kəsi səylərini cəmləşdirmək üçün çağıran qlobal bir kompaniyadır. Bu səyylər hər birimizin rifahı naminə qərarların axtarışında iştirak etməyə də şərait yaradır. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında dünya əhalisinin yarısından çoxu milçək, ağcaqanad, gənələr və s. infeksiya ötürücüləri tərəfindən törəddiyi malyariya, denge, leyşmanioz, Layma xəstəliyi, şistosomoz, sarı qızdırma kimi transmissiv xəstəliklərinə yoluxma riski ilə üzləşməsi haqqında xüsusi qeyd edilir. Bunu nəzərə alan Ümumdünya Səhiyyə Təşkilatı 2014-cü ilidə 7 Aprel Ümumdünya Sağlamlıq gününü məs bu xəstəliklərlə mübarizə, profilaktik tədbirlərin həyata keçirilməsinə həsr edir və "Kiçik sancma - böyük təhlükə mənbəyidir" şüarı altında ölkələrə qeyd olunmasını tövsiyyə edir. Bununla bağlı, aprel ayının 7-də Respublika Tibb Kitabxanasında Azərbaycan Tibb Universiteti, Ə.Əliyev adına Az.Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, digər dövlət və QHT-ın nümayyəndələrinin iştirakı ilə 7 Aprel Ümumdünya Sağlamlıq gününə həsr edilən elmi-praktiki konfrans təşkil olunmuşdur . Konfransda 50 nəfərdən çox tibb işçiləri və digər mütəxəssislər iştirak etmişlər. Ə.Əliyev adına Az.Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti, t.e.n. Mətanət Qaraxanova konfrans iştirakçılarına ÜST-tərəfindən hazırlanan əyani materialları nümayiş edərək, 7 Aprel Ümumdünya Sağlamlıq gününü ilə əlaqədar məlumat ları prezentasiya şəklində çatdırmışdır. Konfransda iştirak edən Azərbaycan Tibb Universitetinin digər həkim mütəxəssislər tərəfindən dünya və Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı məsələlər, geniş yayılan xəstəliklərə dair müassir məlumatlar təqdim edilmişdir. Mütəxəssislərin çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanaraq ətraflı müzakirələr və və çıxışlara səbəb olnmuşdur.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX