17.03.2014

Müasir dövrün tələblərinə müvafiq olaraq son vaxtlar Ə.Əliyev adına ADHTİ-da distant-məsafədən aparılan tədris prosesinə böyük önəm verilir. İnstitutda bunun üçün bütün zəruri texniki imkanlar yaradılmışdır. Bu prosesə artıq 5 iri kafedra cəlb olunmuşdur və artıq indiyənədək 600-ə yaxın müdavim bu kurslarda təhsil almışlar. Kursların coqrafiyası olduqca genişdir və azərbaycanın əksər bölgələrini əhatə edir. Belə ki, təkcə 2013/2014-cü tədris ilində əvvəlki illə müqayisədə respublikanın daha çox, yəni 30 bölgəsində belə kursların keçirilməsi planlaşdırılıb və həyata keçirilir. Hal-hazırda bu işlərin genişləndirilməsi və texniki avadanlığın tətbiq olunmasının səmərəliliyinin artırılması istiqamətində müəyyən tədbirlər görülməkdədir. İnstitutun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının 4 mart 2014-cü il tarixində Gəncə şəhəri Səhiyyə İdarəsinin dəstəyi ilə "Stomatologiyanın aktual məsələləri" mövzusunda keçirdiyi səyyar elmi-praktik konfrans buna bariz misaldır. Tədbirdə şəhər səhiyyə idrəsinin əməkdaşları və yerli həkim-stomatoloqlar iştirak etdilər. Konfrans ilk dəfə olaraq distant keçirilmiş və onun gedişini Bakı şəhərində institutun adı çəkilən kafedrasının dinləyiciləri də on-layn rejimdə izləyə bilmişlər. Konfransı giriş sözü ilə Gəncə şəhəri Səhiyyə İdarəsinin rəisi t.ü.f.d. Mehman Rzayev açdı. Sonra stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, əməkdar elm xadimi, əməkdar həkim, t.e.d., professor O.Seyidbəyov "Müasir stomatologiyanın durumu" mövzusunda çıxış etdi. Həmçinin kafedranın digər əməkdaşları t.e.d., dosent M.Əliyev "Mədə-bağırsaq xəstəlikləri fonunda baş verən ağız selikli qişa xəstəliklərinin diaqnostikası və müalicəsi", t.ü.f.d. dosent H.Əsədov "Üz-çənə nahiyyəsində müxtəlif anomaliyaların müasir üsullarla bərpası", t.ü.f.d., dosent R.Qarayev "Virus mənşəli stomatoloji xəstəliklərin klinikası və diaqnostikası" mövzularında maraqlı çıxışlar etdiər. Çıxışlar çox maraqla qarşılandı və müxtəlif diskussiyalara səbəb oldu. Diskussiyalarda həmçinin distant əlaqə vasitəsilə Bakı şəhərində kafedranın tədris bazasında konfransın gedişini izləyən həkim-müdavimlər də aktiv iştirak etdilər. Sonda professor O.Seyidbəyov Gəncə şəhər Səhiyyə İdarəsinin Rəisi M.Rzayevə konfransın təşkili ilə bağlı öz minnətdarlığını bildirdi.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|