Dövlət proqramının icrası ilə bağlı dəyirmi masa keçirilmişdir

18.03.2016

    16.03.2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2012-ci il tarixli, 2542 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət proqramı”nın icrası ilə bağlı dəyirmi masa keçirilmişdir. Görüşdə Dövlət proqramının komissiyalarının üzvləri - Ə.Əliyev adına AzDHTİ-nin sinir xəstəlikləri kafedrasının dosenti, t.ü.e.d. Rövşən Həsənov, həmin kafedranın assistenti, t.ü.f.d. Rahim Əliyev, Akademik M.Mirqasımov adına RKX baş həkiminin müavini Mahir Babayev, həmin xəstəxananın II sinir xəstəlikləri şöbəsinin müdiri, t.ü.f.d. Xanlar Həsənov və kütləvi informasiya vasitələri nümayəndələri iştirak etmişlər.
   Görüş zamanı qeyd olunmuşdur ki, ölkəmizdə “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın qəbul olunması bu xəstəliyə tutulanların dövlət tibb müəssisələrində müayinə və müalicəsi həcminin və həyat keyfiyyətinin artırılmasına, onların yüksək effektli preparatlarla təminatının yaxşılaşdırılmasına şərait yaratmışdır.
    2013-2015-ci illər ərzində proqram çərçivəsində 1000-dən çox xəstə müayinə olunmuşdur. Onlardan 845 nəfərə dağınıq skleroz diaqnozu qoyulmuş və müvafiq preparatlarla dövlətimiz tərəfindən tam təmin edilmişdir. 100-dən artıq xəstə dinamik müşahidəyə götürülmüş, 60-dan çox xəstədə diaqnoz tamamilə inkar edilmişdir.
    Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir xəstəlikləri kafedrasında həkimlərin periodik təkmilləşdirmə kurslarında 200 həkim nevropatoloqa dağınıq skleroz xəstəliyinin diaqnostikası, müalicəsi və reabilitasiyası barədə mühazirələr, seminar və praktik məşqələlər keçirilmişdir.
    30 aprel 2013-cü ildə Nevroloqların Milli Assosiasiyası ilə birgə Türkiyənin aparıcı mütəxəssislərinin iştirakı ilə tibb bacılarına “avonex” preparatının inyeksiya metodikası ilə bağlı təlim kursu keçirilmişdir.
    Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir xəstəlikləri kafedrası, Azərbaycan Tibb Universiteti nevrologiya və tibbi genetika kafedrası və Azərbaycan Respublikası İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları ilə birgə “Dağınıq skleroz üzrə klinik protokol” hazırlanmışdır.
    13-14 Dekabr 2013-cü ildə Türkdilli Dövlətlərin I Beynəlxalq Nevrologiya kongresi çərçivəsində dağınıq skleroz xəstəliyi haqda xüsusi bölmədə Azərbaycan, Türkiyə və Qazaxıstandan aparıcı mütəxəssislərin çıxışları dinlənilmişdir.
   2014 və 2015-ci illərdə Nevroloqların Milli Assosiasiyası, Ə.Əliyev adına ADHTİ-nin sinir xəstəlikləri kafedrası ilə birgə Türkiyənin aparıcı mütəxəssislərinin iştirakı ilə tibb bacılarına “avonex” preparatının inyeksiya metodikası ilə bağlı təkrari təlim kursları keçirilmişdir.
    Ə.Əliyev adına ADHTİ-nin sinir xəstəlikləri kafedrası, ATU-nun nevrologiya və tibbi genetika kafedrasının əməkdaşları ilə birgə “Dağınıq sklerozun klinikası və diaqnostikası” üzrə tədris vəsaiti hazırlanmış və 2015-ci ildə çap edilmişdir. Azərbaycan Respublikası İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları ilə birgə həkimlər üçün 1000 tirajda plakat və əhalini maarifləndirmək üçün 2400 nüsxə bukletlər çap edilib paylanılmışdır.
    Nevroloqların Milli Assosiasiyasının görüşləri zamanı, ayda 1 dəfə olmaqla 20-25 nəfərdən ibarət qruplarda Respublikanın nevroloqlarına dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi barədə mühazirələr oxunmuşdur. Hal-hazırda proqram çərçivəsində tibb işçilərinin bu sahədə təkmilləşdirilməsi, habelə əhali arasında bu xəstəliyə dair maarifləndirmə işi davam edir.
    Dəyirmi masa iştirakçıları hər biri çıxış edib problem haqqında fikirlərini bildirdi və verilən sualları cavablandırdı.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX