17.03.2014


Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun (ADHTİ) rəhbərliyi 09.03.14-11.03.14 tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Türkiyə Cumhuriyyəti İstanbul Universiteti (İU) arasında anlaşma Memorandumu imzalamışdır. Memorondumun imzalanması mərasimində Ə.Əliyev adına ADHTİ-nun rektoru prof. Qasımov N.A. və digər əməkdaşları İstanbul Universitetinin rektoru, prof. Yunus Söylet və rektor yardımçıları iştirak etmişlər. Memorondumun əsasında ADHTİ və İU Azərbaycan Respublikasından olan həkim, doktorant və mütəxəsislərin cərrahiyyə, ortopediya və travmatologiya,mamalıq və ginekilogiya və digər tibb sahələri üzrə tərtib edilmiş tədris proqramları əsasında ixtisaslarının artırılması nəzərdə tutulmuşdur. Belə ki, bu cür qısamüddətli kursların həyata keçirilməsi üçün 3 illik pilot layihə hazırlanmışdır. Bunun üçün ADHTİ tərəfindən öncədən müəyyən edilmiş mütəxəssislərin siyahısı İU-nə təqdim ediləcək. Ayrı-ayrı ixtisaslar üzrə tədris 1, 3 və 6 ay müddətində və ya tam rezidentura proqramı üzrə aparılacaq, sonda qısamüddətli kursları bitirmiş dinləyicilərə İU tərəfindən sertifikat, rezidentura proqramını mənimsəmiş mütəxəssislərə isə Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən diplomlar təqdim olunacaqdır.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX