Ə.Əliyev adına ADHTİ elmi hesabat verdi

05.03.2016

    03 mart 2016-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Metodik Şurasında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun elmi işlər üzrə hesabatı dinlənilmişdir. Hesabatda qeyd olunmuşdur ki, institutun strukturunda rektorluq, 3 fakultə, 28 kafedra, Plastik və Rekonstruktiv Cərrahiyyə klinikası, Mərkəzi Elmi-tətqiqat laboratoriyası, Elmi-Tibbi məlumat şöbəsi, elmi kitabxana fəaliyyət göstərir.
    • Əməkdaşların sayı – 740
    • Professor-müəllim heyəti – 175
    • Akademik – 1
    • EA Müxbir üzvü-1
    • Tibb elmləri doktoru – 44
    • Fəlsəfə doktorları – 96
    • Dosent – 62
    • Əməkdar elm xadimi – 10
    • Əməkdar həkim – 12
    • Əməkdar müəllim – 5
    İnstitutun əməkdaşları АМЕА Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası tərəfindən təsdiq olunmuş «Azərbaycanda əhalinin sağlamlığının mövcud durumun öyrənilməsi, risk amilləri, tibbi, sosial, iqtisadi aspektləri, proqnozlaşdırılması və profilaktikası» elmi-tədqiqat işini yerinə yetirirlər.
    Bu istiqamətə uyğun 2 problem araşdirilir:
    1. «Azərbaycanda əhali arasında əsas qeyri-infeksion xəstəliklərinin yayılması, tibbi, sosial, iqtisadi aspektləri, proqnozlaşdırılması və profilaktikası».
    2. «Azərbaycanda əhali arasında əsas infeksion xəstəliklərinin yayılması, tibbi, sosial, iqtisadi aspektləri, proqnozlaşdırılması və profilaktikası».
    Həmin problemlərin həlli üşün 25 mövzu üzrə elmi-tədqiqat işi aparılır, bunlardan 10-u patent qabiliyyətlidir.
    2015-ci ildə 4 elmi-tədqiqat işi başa çatdırılıb, qalanları isə davam etdirilir.Elmi-tədqiqat işləri dərc olunmuş monoqrafiya, dərslik, dərs vəsaiti, metodik sənədlərdə və məqalələrdə öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, 2014-cü illə müqayisədə dərslik və dərs vəsaitlərinin sayı 2 dəfə artmışdır.
    Dərc olunmuş elmi işlər:
    • Monoqrafiyalar -2
    • Dərsliklər -10
    • Dərs vəsaiti - 5
    • Metodik ədəbiyyat-3
    • Məqalələ- 402 (onlardan xaricdə -120, Respublikada -262, impakt jurnallarda -20)
    • Patent – 1 dərc olunub,3 ərizə verilibdir.
    2015-ci ildə institutun tarixində ilk dəfə olaraq institut öz jurnalının təsisçisi oldu. Bu Əziz Əliyev adına «Tibb və Elm» elmi-praktiki jurnaldır. Jurnal Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib, ildə dörd dəfə nəşri planlaşdırılır. Artıq jurnalın 1-ci sayı nəşr olunmuşdur.
    Qrant layihələri və proqramlar üzrə aparilan işlər:
    1. Layihənin adı: İnsultun erkən diaqnostika metodu və instultun tipinin təyin olunması.
    Layihənin icraçısı: sinir xəstəlikləri kafedrası.
    İcra müddəti: 2010 – 2015-ci illər.
    Şifarişçi: STCU- Science and Technology Center in Ukraine
    2. Layihənin adı: Ə.Əliyev adına Azərbaycan Dövlət Həimləri Təkmilləşdirmə İnstitutunda foniatriya (səs müayinə) laboratoriyasının qurulması
    Layihənin icraçısı: otorinolarinqologiya kafedrası.
    İcra müddəti: 12 ay
    Şifarişçi: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu.
    2015-ci ildə institutda elmi kadr hazırlanmasına dair:
    • Dissertanturada – 45 nəfər (davam edir)
    • Qəbul olunub – 13 nəfər
    • İnstitutun əməkdaşları və iddiaçıları tərəfindən:
    Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün:
    dissertasiya müdafiə olunub -7 nəfər;
    dissertasiya ilkin müzakirədən keçib -6 nəfər.
    Tibb üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün:
    dissertasiya ilkin müzakirədən keçib -2 nəfər.
    Hesabat dinlənildikdən sonra ətrafında müzakirələr aparılmış və qəbul edilərək Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun illik elmi fəaliyyəti qənaətbəxş sayılmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX