Tədris proqramları yenilənir

12.01.2016

    Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həkimlərin diplomdansonrakı təhsilinin Davamlı Tibb Təhsili konsepsiyasına uyğun təşkil edilməsinə böyük önəm verilir. Tədris prosesində tətbiq edilmiş bir çox yeniliklərlə yanaşı tədris proqramlarının yeniləşdirilib bu konsepsiyanın standartlarına uyğunlaşdırılması qarşıda duran əsas vəzifələrdəndir. Bu işlərin təşkili və koordinasiyası üçün institutun rəhbərliyi tərəfindən xüsusi komissiyalar yaradılmışdır. 11.01.2016-cı il tarixində həmin komissiyaların üzvləri və kafedraların məsul əməkdaşlarının iştirakı ilə yığıncaq keçirilmişdir. Yığıncaqda institutun prorektoru dosent T.H.Eyvazov çıxış edərək bildirdi ki, institutun nizamnaməsinə əsasən bütün tədris proqramları institut daxilində hazırlanmalı, sonradan Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi tərəfindın təsdiq olunmalıdır. İndiyənə qədər istifadə olunan proqramların tərtib olunmasından və təsdiqindən xeyli vaxt keçmişdir. Müasir təbabətdə baş vermiş bir çox yeniliklər, Davamlı Tibb Təhsili konsepsiyasının standartları, hal-hazırda tədrisdə istifadə olunan bir çox meyarlar bu proqramlarda öz əksini tapmalıdır. Ona görə də yaranmış komissiyalar bütün kafedraların tədris proqramlarını bu meyarlara uyğunluğu məsələsini araşdırmalı, üzə çıxan nöqsanların kafedra əməkdaşları tərəfindən aradan götürülməsinə nəzarət etməli və bütün proqramların eyni standartlara cavab verməsinə çalışmalıdırlar. Sonra dosen T.H.Eyvazov öz çıxışına davam edərək bu prosesin texniki tərəfləri üzərində dayandı. Mövzu ətrafında diskussiya aparıldı və komissiyaların fəaliyyətə başlamaq tarixləri elan olundu.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX