ADHTİ - 80. Fəxrlərimiz. Əməkdar elm xadimi, professor Xamis Həsənov

14.12.2015

    Ə.Əliyev adina Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tarixində professor Xamis Əbdülhüseyn oğlu Həsənovun xüsusi yeri var. O, 1970-ci ildə yaradılmış institutun psixiatriya kafedrasına ilk gündən 1999-cu ilə ömrünün sonuna qədər rəhbərlik etmişdir. Professor Həsənov X.Ə. 1948-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. İnstitutun və Səhiyyə Nazirliyinin göndərişi ilə X.Ə.Həsənov Moskva şəhərində prof. V.P.Serbski adına Məhkəmə-Psixiatriya Elmi Tədqiqat İstitutunun kliniki ordinaturasına daxil olmuş və oranı bitirdikdən sonra birbaşa həmin institutun aspiranturasına qəbul olunmuşdur. 1954-cü ildə professor İ.N.Vvedenskinin rəhbərliyi altında “Ağ isitmənin məhkəmə-psixiatrik və patofizioloji aspektləri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Bundan sonra Bakı şəhərinə qayıdan X.Ə.Həsənov Azərbaycan Dövlət Tibb İnstitutunun psixiatriya kafedrasının assistenti kimi əmək fəaliyyətinə başlamışdır. Həsənov X.Ə. alkoqol psixozlarına aid olan elmi tədqiqatlarını davam etdirərək 1960-cı ildə İ.M.Seçenov adına 1-ci Moskva Tibb İnstitutunun Elmi Şurasında “Kəskin alkoqol psixozların klinikası” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1960-1963-cü illərdə t.e.d. X.Ə.Həsənov Azərbaycan EA-nın Eksperimental və Kliniki Təbabət Elmi Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, 1963-1964-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun elmi işlər üzrə prorektoru vəzifəsində fəaliyyət göstərmişdir. Professor X.Ə.Həsənov 1964-cü ildə həmin institutun rektoru vəzifəsinə təyin olunmuş və bu vəzifədə 1968-ci ilə qədər çalışmışdır. Onun sonrakı pedaqoji və elmi fəaliyyəti Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun psixiatriya və narkologiya kafedrası ilə bağlı olmuşdur. Prof. X.Ə.Həsənov 140-dan çox elmi işin, o cümlədən, 6 monoqrafiyanın, 8 metodiki tövsiyənin, Azərbaycan dilində yazılmış ilk “Psixiatriya” (1967) dərs vəsaitinin və “Alkoqolizm” (1987) həkimlər üçün vəsaitin müəllifidir. Prof. X.Ə.Həsənovun elmi nailiyyətlərini nəzərə alaraq 1990-cı ildə ona əməkdar elm xadimi fəxri adı verilmişdir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu