3-5 may 2024-cü il tarixlərində "2-ci Azərbaycan-Türkiyə pediatriya günləri" konfransı keçirildi. Konfransda Bakının pediatrları ilə birgə Gəncədən, Şirvandan gələn pediatrlarlar da iştirak edirdilər.
Azərbaycan Pediatrların Assosiasiyasının "Türk Dünyası Pediatrlarının Zirvə Görüşü Layihəsi-2024" tədbirlər çərçivəsində təşkil edilən bu konfrans tanınmış Türkiyə və Azərbaycan pediatrlarını bir araya gətirmişdir. 3 may tarixində Türkiyədən gələn professor və dosentlər 4 kurs keçirdi və 4-5 may tarixlərində konfransda məruzələr dinlənildi.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosentləri Nigar Hacıyeva və Sənubər Vəliyeva konfransda çıxış edərək elmi proqrama qatıldılar.Dosent Nigar Hacıyevanın “Uşaq qastroenterologiyası” panelində təqdim etdiyi "Milrobiota niyə sağlamlıq üçün bu qədər vacibdir?" mövzusunda məruzəsi zalda çoxlu sualların və maraqlı diskussiyanın əmələ gəlməsinə səbəb oldu. Dosent Sənubər Vəliyeva “Uşaqlarda ağciyər xəstəlikləri və infeksiya” panelində "Gündəlik pediatrik təcrübədə C-reaktiv protein biomarkerinin istifadəsi"mövzusunda təqdimatla çıxış etdi.