ELAN! Məzun həkim-rezidentlərin nəzərinə

21.11.2023

Yekun attestasiya üzrə imtahanın test mərhələsi 23 noyabr 2023-cü il saat 11:00-da ATU-nun İmtahan Mərkəzində (VTM), praktik komponent mərhələsi isə 28 noyabr 2023-cü il tarixində saat 10:00-da ATU-nun uyğun kafedralarında keçiriləcəkdir.
Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
Yekun attestasiyanın test mərhələsində rezident 3 saat ərzində 45 test sualına cavab verməlidir. 45-test tapşırığından 40-ı standart test olmaqla hər bir test tapşırığı 1(bir) balla qiymətləndirilir və səhv cavablar və ya sualın cavabsız qoyulması 0(sıfır) bala bərabər tutulur. 5 sayda açıq tipli testlərin isə hər biri 2 (iki) balla qiymətləndirilir və açıq sualların çoxcavablı tipində səhv cavablar düz cavablara təsir göstərir. Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar.
Yekun attestasiyasının praktiki komponent mərhələsi Attestasiya Komissiyası tərəfindən aparılacaqdır. Bu mərhələdə rezident tərəfindən 5 müxtəlif klinik hal araşdırılır. Klinik halların hər biri 10 bal çərçivəsində qiymətləndirilir. Bu mərhələnin yekununa görə 30 və ya daha çox bal toplamış rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir.
İmtahan keçiriləcəyi məkanlar haqqında rezidentura şöbəsindən məlumat ala bilərsiz.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX