Ə.Əliyev adına ADHTİ “Üşaq Hüquqları aylığı”na həsr edilən tədbirlərdə iştirak edir

15.11.2023

Uşaq hüquqlarının beynəlxalq müdafiəsi istiqamətində mühüm aspektləri özündə birləşdirən, 1989-cu il noyabrın 20-də BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya iştirakçı dövlətlərin hər bir uşaq üçün təmin etməli olduğu universal standartları müəyyən edir. Konvensiya dünyada ən geniş şəkildə ratifikasiya olunan beynəlxalq müqavilə olmaqla uşaqların hüquqlarını qorumaq üçün qəbul edilən əsas sənəd kimi bir çox dövlətlərin bu sahədə milli qanunvericilik bazasının formalaşmasına təkan vermişdir. Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə həmin Konvensiyanın iki əlavə protokoluna qoşulmuş və 1998-ci il 19 may tarixində isə sözügedən Konvensiyanın əsas prinsiplərini özündə əks etdirən “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Ölkədə uşaq hüquqlarının təmini məqsədilə müxtəlif istiqamətlərdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməkdədir.
Uşaq hüquqlarının səmərəli müdafiəsi və təşviqinə nail olmaq məqsədilə hər il olduğu kimi, 2023-cü ildə də “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən ölkədə 20 oktyabr - 20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilmişdir.
Ə.Əliyev adına ADHTİ da “Uşaq Hüquqları Aylığı”na qoşularaq,”Təməl Həyat Dəstəyi” kursunda həkim və tibb bacılarına, pediatriya kafedrasında təkmilləşdirmə kurslarında iştirak edən həkim-müdavimlərə, peşə hazırlığı proqramında iştirak edənlərə “Uşaq hüquqlarının müdafiəsi” mövzusunda maarifləndirici seminarlar həyata keçirir. Seminarlarda “Uşaq hüquqlarının Konvensiyası” və bununla bağlı istifadə edilən materiallar təqdim edilir. Artıq seminarlarda 200 nəfər tibb işçisi iştirak etmişdir.
Eyni zamanda Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasının tədris proqramında “Uşaq hüquqlarının qorunmasında pediatrın rolu” adlı mövzu da yer almışdır. Mütəmadi olaraq kafedrasının dosenti , UNİCEF-in “Uşaq hüquqlarının qorunması” üzrə təlimçisi dosent Mətanət Qaraxanova tərəfindən pediatrlara bu mövzuda məlumatlar təqdim edilir.
Bununla yanaşı ay ərzində RKUX-da valideynlərlə, RKX-da ginekologiya şöbəsində müalicə olunan hamilə qadınlarla maarifləndirici söhbətlərin aparılması, Naxçıvanda tibb bacıları üçün seminarın keçirilməsi də nəzərdə tutulmuşdur.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX