24 oktyabr 2023-cü il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclası keçirildi.
İclasın gündəliyi aşağıdakı kimi olmuşdur:
1. 2023/2024-cü tədris ili üçün həkim və əczaçıların kurslara cəlb olunması haqqında və xaricı ölkələrdə hazırlıq keçmiş həkimlərin bilik və peşə vərdişlərinin yoxlanması məqsədilə təşkil olunmuş 6 aylıq kurslar barədə.
Məruzəçi: prorektor dosent T.H.Eyvazov
2. 2023/2024-cü tədris ilində planlaşdırılan elmi-praktiki konfranslar haqqında.
Məruzəçi: prorektor dosent M.T.Meybəliyev
3. İnstitutun kliniki bazalarında tədris prosesinin vəziyyəti haqqında.
Məruzəçilər: professor L.M. Rzaquliyeva
professor N.M. Hüseynov
dosent H.Ə.Əsədov
4. Parodontologiya kafedrasının təşkili haqqında.
Məruzəçi: rektor professor N.A.Qasımov
5. Pediatriya kafedrası üzrə t.ü.f.d. T.İbadovaya dosent elmi adının verilməsi.
I məsələ üzrə prorektor dosent T.H.Eyvazov çıxış edərək bildirdi ki, Respublikadan kənar ixtisaslaşma keçmiş həkimlərin ölkəmizdə çalışması üçün onların keçdiyi tədris proqramlarının yerli tibbi tədris proqramlarına uyğunlaşdırılması lazımdır. Bu məsələni həll etmək üçün Səhiyyə Nazirliyinin göndərişi ilə həmin həkimlərin institutumuzda uyğun kursların keçməsi qərara alınmışdır. Həmin kurslar başlanmışdır və müvəffəqiyyətlə davam edir.
2023/2024-cü tədris ili üçün həkim və əczaçıların kurslara cəlb olunmasına gəldikdə isə dosent T.H.Eyvazov tədris ilinin başlangıcından bu günə qədər həmin göstəricinin 1518 müdavim olduğunu qeyd etdi ki, bu da planın 93%-ni təşkil edir. Sonda prorektor həmin göstəricinin yaxşılaşdırılması üçün görülən tədbirlərdən danışdı. Ümumiyyətlə kurslara 22 ixtisas üzrə 153 müdavim cəlb olunmuşdur. 1-ci qrupda təhsil almış 71 müdavimdən 69-u artıq təhsillərini başa vurub 29.09.2023-cü ildə müvəffəqiyyətlə imtahan verərək Səhiyyə Nazirliyinin sərəncamına göndərilmişlər. 2 müdavim imtahandan qeyri-kafi qiymət aldığına görə onların praktik fəaliyyətlə məşgul olması məqsədəuyğun sayılmamışdır. Hal-hazırda təhsilləri davam edən müdavimlər kursun sonunda imtahana qatılacaqlar.
II məsələ üzrə prorektor dosent M.T.Meybəliyev çıxış edərək 2023/2024-cü tədris ilində planlaşdırılan elmi-praktiki konfranslar haqqında məlumat verdi və bildirdi ki, həmin konfranslarda yerli mütəxəssislərlə birgə Türkiyə, Rusiya, Almaniya, Belarusiya, Qazaxıstan və digər ölkələrdən alimlərin iştiraki da nəzərdə tutulur. Konfranslara hazırlıq barədə məlumatlar institutun saytında dərc olunacaqdır.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda
2023/2024-cü il üzrə planlaşdırılan elmi-praktiki konfranslar