Azərbaycan Pediatriya Cəmiyyətinin 1-ci Beynəlxalq Konqresi keçirildi

07.06.2023

Bakıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan Azərbaycan Pediatriya Cəmiyyətinin 1-ci Beynəlxalq Konqresi baş tutdu. Konqresdə 500 pediatr iştirak edirdi, 13 ölkədən - Azərbaycan, Türkiyə, ABŞ, Böyük Britaniya, Rumıniya, İsrail, Rusiya, İordaniya, Tacikistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Şimali Kipr Türk Respublikasından nümayəndələr var idi.
Konqresin açılışında Səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə təbabətin inkişafında böyük rolu haqqında danışdı, bu cür tədbirlərin vacibliyini söylədi və konqresin işinə uğurlar arzuladı. Azərbaycan Pediatriya Cəmiyyətinin sədri, Səhiyyə nazirliyinin mütəxəssis-eksperti, Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasının assistenti Erkin Rəhimov Cəmiyyətin yaranmasından, keçirdiyi tədbirlərindən, uğurlarından məlumat verdi. Sonra Erkin Rəhimov "Yenidoğulmuşların tranzitor taxipnoe ilə respirator distres sindromunun diferensial diaqnostikasında ağciyərlərin ultrasəs müayinəsinin və qanda biomarkerlərin rolu" mövzusunda elmi işini də təqdim etdi.
Konqresin 1-ci günü həkimlər üçün pediatrik radiologiya, pediatrik dermatologiya, immunizasiya, uşaqların poliklinik müşahidəsi kimi 4 kurs təşkil olunmuşdu. Eyni zamanda Türkdilli dövlətlərin Milli Pediatrik Cəmiyyətlər Birliyinin iclası da baş tutdu.
Konqresin sonrakı günləri elmi proqram üzrə iki konfrans zalında panellər və simpoziumlar keçirildi. Pediatriya, neonatologiya, təcili yardım, pediatriyada cərrahi xəstəliklər, endokrinologiya, revmatologiya, uşaqlarda reabilitasiya, nefrologiya, nevrologiya, kardiologiya, nadir irsi xəstəliklər, immunologiya və allerqologiya, psixiatriya, hematologiya, qastroenterologiya, irsi mübadilə xəstəlikləri, qidalanma-diyetologiya panellərində müxtəlif ölkələrdən 56 çıxış dinlənildi. Əlavə olaraq konqres zamanı 8 simpozium da təşkil edilmişdir. Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasının müdiri professor Rəqsanə Məmmədova, dosentlər Zemfira Quliyeva, Fəxrəddin Qarayev, Mətanət Qaraxanova, Sənubər Vəliyeva və Təranə İbadova müxtəlif simpoziumlarda moderator qismində iştirak etdilər. Kafedranın dosenti Nigar Hacıyeva konqresin ilk günündə Sosial Pediatriya panelində keçirilən simpoziumda "Tənəffüs yollarının virus infeksiyalarında alternativ müalicə üsulları" mövzusu ilə,konqresin 2-ci günündə qastroenterologiya panelində keçirilən iki simpoziumda "Uşaqlarda qəbizliyə yanaşmanın müasir prinsipləri" və "Qıcıqlanmış bağırsaq sindromunu necə tanıyaq" mövzları ilə çıxış etdi.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX