Ə.Əliyev adına ADHTİ-də ÜST-ün İctimai Səhiyyə üzrə mütəxəssisləri ilə görüş keçirilmişdir

31.05.2023

Azərbaycanda ÜST-nin dəstəyi ilə 2022-ci ilin oktyabrında ictimai səhiyyənin gücləndirilməsinə yönəlmiş layihə başlamışdır. Bu layihə ilə bağlı ictimai səhiyyə sahəsində çalışan mütəxəssislərdən ibarət bir qrup seçilmişdir və eyni zamanda Səhiyyə Nazirliyi və TƏBİB nümayəndələrindən olan koordinatorlar qrupu təyin edilmişdir. Layihə çərçivəsində bir neçə seminar, müxtəlif bölgələrdə icmalar ilə görüşlər, ictimai sağlamlıq sahəsində mövcud olan problemlərin müzakirəsi təşkil olunmuşdur. 10-14 aprel 2023-cü il tarixlərində USAİD və ÜST milli səhiyyə tərəfdaşları ilə birgə Bakı şəhərində icma yönümlü səhiyyə xidmətinin tətbiqi üşün seminar keçirilmişdir.Seminarda ATU, Ə.Əliyev adına ADHTİ, Gigiyena və Epidemiologiya Mərkəzi, İSİM əməkdaşları da daxil olmaqla 65 nəfərlik iştirakçı qrupu icma yönümlü səhiyyə xidmətinin prinsip və tətbiq üsilları barədə məlumatlar verilmişlər. Layihənin davamı olaraq Azərbaycanda ictimai səhiyyə qurumlarının fəaliyyəti ilə yaxından tanışlıq və ictimai səhiyyə istiqamətində gələcək əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə bir neşə qurumlarda görüşlərin keçirilməsi planlaşdırılmıdır.
31.05.2023-cü il tarixində həmin tədbilər sırasından olan Ə.Əliyev adına ADHTİ-də institutun rəhbərliyi ilə ÜST-ün Azərbaycandaki nümayəndəliyində çalışan İctimai Səhiyyə üzrə mütəxəssisi Tural Qulu və ÜST-ün Azərbaycanda Pandemiyaya Cavab Tədbirləri layihəsinin İctimai Səhiyyə üzrə mütəxəssisləri Belgin Ünal, Özləm Mıdıkla görüş baş tutmuşdur. Görüşdə Ə.Əliyev adəna ADHTİ-nin rektoru professor N.Qasımov qonaqları salamlamış, institutun çoxillik təcrübəsi, fəaliyyəti, elmi istiqamətləri haqqında məlumat vermişdir. Tural Qulu İctimai Səhiyyənin gücləndirilməsi ilə əlaqəli layihənin əsas məqamlarından xəbər verdi. Belgin Ünal layihə çərçivəsindı bu vaxta kimi görülmüş işlər haqqında danışdı. Professor N.Qasımov ictimai sağlamlığın vacibliyi, bu sahədə mövcud olan problemlər haaqında fikir bildirdi. O, İctimai Səhiyyə üzrə həm baza təhsilinin gücləndirilməsi, həm də davamlı tibbi təhsil proqramlarında müvafiq ixtisaslar üzrə yer almasının əhəmiyyətini gələn qonaqlar ilə ətraflı müzakirə etdi. İnstitutun epidemiologiya və mikrobiologiya kafedrasının müdiri Nigar Mütəlibova İctimai Səhiyyə sistemində aparılacaq islahatların zərurəti haqqında fikir söylədi və təhsil proqramlarının görüləcək işlərə müvafiq olaraq uyğunlaşdırılmasının əhəmiyyətini vurğuladı. Tural Qulu institutun İctimai Səhiyyənin gücləndirilməsi üzrə görəcək işlərlə bağlı ÜST tərəfindən istənilən dəstək və əməkdaşlıq təklifini irəli sürdü. O, birgə işlərdə institut tərəfindən koordinasiya məsələləri üzrə məsul şəxsin təyin edilməsini və institut tərəfindən həmin layihənin davam etməsinə töhfə olaraq təkliflərin verilməsini xahiş etdi. İnstitutun rektoru Nigar Mütəlibovanı məsul şəxs kimi təklif etdi və ona gələcək əməkdaşlıq üçün təkliflər planı hazırlamağı tapşırdı. Görüşün sonunda qərara alındı ki, 8 iyun tarixinə kimi təkliflər planı institutun rəhbərliyi ilə razılaşdırılıb İctimai Səhiyyənin gücləndirilməsi layihəsində çalışan əməkdaşlara (Tural Qulu, Belgin ünal) təqdim edilsin.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX