Latviya Universiteti və Ə.Əliyev adına ADHTİ arasında Əməkdaşlıq haqqında Memorandum imzalandı

18.05.2023

18.05.2023 tarixində Ə.Əliyev adına ADHTİ-də rektor Prof. Nazim Qasımovun Latviya Universitetinin tibb fakültəsinin professoru, qastroentroloji bölüm rəhbəri, Latviya Universiteti nəzdində Klinik və profilaktik tibb institutunun rektoru, Latviya Elmlər Akademiyasının akademiki, H.Pylory və mədə xərçəngi üzrə ekspert, MAPS (Management of epithelial prevancerous conditions and lesions in the stomach) II həmmüəllifi Prof. Marcis Leja ilə görüşü baş tutmuşdur.
Görüş zamanı tərəflər mövcud resurslar və maraqlar çərçivəsində bərabərlik və qarşılıqlılıq əsasında arzuolunan, həyata keçirilə bilən və maraq doğuran əməkdaşlıq sahələrini müzakirə ediblər. Bu sahələr əsasən kurslar, konfranslar, seminarlar və ya mühazirələr kimi birgə akademik və elmi fəaliyyətlərin təşkili, fundamental elmi tədqiqatların hər iki müəssisənin tədqiqatçı-alimlərinin iştirakı ilə aparılması, elmi materialların və nəşrlərin mübadiləsi, Aİ və digər beynəlxalq və milli tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsində qarşılıqlı fəaliyyət, doktorantura təhsili proqramlarında əməkdaşlıq,elmi və pedaqoji kadrların birgə hazırlığı, eləcə də həkimlərin diplomdan sonrakı təhsilinin müasir formalarının tətbiqi və həyata keçirilməsini əhatə etmişdir.
Görüşdə həmçinin Niderlanddan gələn “Həzm aparatının vərəmi” (dünya qasstroenteroloji protokolunun müəllifi), İltihabi bağırsaq (Avropa və beynəlxalq tövsiyələrin müəllifi/həmmüəllifi) xəstəlikləri üzrə beynəlxalq ekspert Prof. Chris Mulder də iştirak etmişdir. Professor Murder görüş zamanı təmsil etdiyi Niderlandın aparıcı tibbi təhsil müəssisələri ilə ADHTİ arasında daha öncə imzalanmış olan əməkdaşlıq müqaviləsindən söz açdı və bu əməkdaşlıq davam etdirilməsi və genişləndirilməsi arzusunda olduğunu bildirdi. Eləcə də, professor Chris Mulder özünün doktorantura təhsili haqqındakı təcrübəsini bölüşdü.
ADHTİ-nin rektoru Professor Nazim Qasımov elm və tibb sahəsində ölkələrimiz arasındakı əlqələrin genişləndirilməsinə böyük əhəmiyyət verildiyini və bu əməkdaşlığın tərəflərin hər biri üçün faydalı olacağını vurğuladı.
Görüşün sonunda Latviya Universiteti və ADHTİ arasında Əməkdaşlıq haqqında Memorandum imzalandı.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX