Ə.Əliyev adına ADHTİ-da “Vərəmin müalicəsi və diaqnostikasına müasir yanaşma” elmi-praktiki konfransı keçirildi

22.12.2023

Vərəmlə mübarizə bütün dünya dövlətləri kimi ölkəmizin qarşısında duran ən vacıb tibbi məsələlərdəndir. Ötən ilin statistik məlumatlarına əsasən vərəmlə xəstələnmə göstəriçisi ölkənin hər bir 100000 əhalisinə 28,4 təşkil edib ki, onlardan 22,5-i - ağciyər, 5,9-u isə - ağciyərdən kənar vərəmdir. Xəstələr arasında 85%-ə qədər vərəm diaqnozu bakterioloji olaraq təsdiqlənib. Dərmanadavamlı vərəm aktual problem olaraq qalır. Bundan əziyyət çəkən xəstələrin sayı ötən il ilkin xəstələr arasında 11.9, təkrar xəstələr arasında 22,6% təşkil edib. Həssas xəstələrin müalicə uğuru 82%, dərmanadavamlı xəstələr arasında müalicə uğuru 62% təşkil edir. Vərəmdən ölüm göstəricisi isə azalmaqdadır. Müalicə nəticələrinə gəlincə, ÜST qoyduğu hədəflərə çatmaq Milli Vərəm Proqramının fəaliyyətinin əsas məqsədidir və bu hədəfə nail olmaq üçün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilkin səhiyyə xidmətində çalışan həkimlər və mütəxəssislər ilə birlikdə lazımi potensiala malikdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Vərəm Proqramı çərçivəsində son 7 ildə xəstələnmənin dinamikasında müsbət dəyişikliklər (2016-cı ildə 100000 əhaliyə 38,9 vərəm halından 2022-ci ildə 100000 əhaliyə 28 vərəm halınadək azalma) müşahidə olunur.
Son illər ərzində uşaqlar və yeniyetmələr arasında xəstələnmənin azalması müşahidə olunur (2016-cı ildə 100 000 uşaq əhalisinə əhaliyə 14 vərəm halından 8,5 vərəm halınadək azalma). Bu azalma tendensiyası ölkədə ümumilikdə epidemioloji proseslərin stabilləşməsini göstərir. Latent vərəm infeksiyası daşıyıcılarına kimyaterapiyanın aparılması aktiv vərəm formalarının inkişaf ehtimalını azaltmışdır. Bununla əlaqədar olaraq, risk qrupları ilə profilaktik işlərin genişləndirilməsi, vərəm ocaqlarında sanitar-gigiyenik işlərin gücləndirilməsi, infeksiyalaşmış şəxslərə preventiv kimyaterapiyasının aparılması ölkədə vərəm ilə xəstələnmə göstəricisinin də azalmasına gətirib çıxarmışdır.
Beynəlxalq mütəxəssislərin texniki dəstəyi ilə vərəmli xəstələrin aşkarlanması, müalicəsi, profilaktikası üzrə milli müasir protokollar, vərəm üzrə rəhbərliklər yenilənir, Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənir.
22 dekabr 2023-cü il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təşkilatı dəstəyi ilə institutun akt zalında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu “Vərəmin müalicəsi və diaqnostikasına müasir yanaşma” mövzusuna həsr edilmiş elmi-praktiki konfrans keçirmişdir.Konfransda ET Ağciyər xəstəlikləri İnstitutunun həkim heyəti ilə yanaşı Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, TƏBİB-in, İcbari Tibbi Sıqorta Agentliyinin, Respublika İİV/QİÇS-lə Mübarizə Mərkəzinin,Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin əməkdaşları, regionlarda çalışan həkim-ftiziatrlar və ilkin səhiyyə xidməti həkimləri iştirak edirdilər.
Konfransın açılış mərasimində Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sədaqət Vəliyeva, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru, 1 nömrəli Vərəm əleyhinə dispanserin baş həkimi Yavər Şıxəliyev, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru t.ü.f.d. İradə Axundova çıxış edərək ölkəmizdə vərəmlə mübarizədə əldə olunmuş nəticələrdən,bu sahədə dövlətimizin apardığı işlərdən danışdılar, konfransın işinə müvəffəqiyyət arzuladılar.
Konfrasda Azərbaycanda böyüklərdə, eləcə də uşaq və yeniyetmələrdə vərəmin erkən aşkarlanması, müasir diaqnostika və profilaktika üsulları, latent vərəm infeksiyasının aşkarlanması və gedişat xüsusiyyətləri haqqında müzakirələr aparıldı. Müzakirələrdə vərəmlə mübarizə sahəsində müasir yanaşmalar, vərəm infeksiyası ilə əlaqədar respublikada mövcud vəziyyət, görülmüş işlər və həyata keçirilməsi nəzərdə tutulan işlər barəsində məlumat verildi.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX