19 dekabr 2023-cü ildə Almaniyanın Frankfurt şəhərində “Hemofiliya A-inhibitorlu xəstələrin müalicəsi” adlı ekspert toplantısı keçirilmişdir. Almaniya,İsveçrə, Qazaxıstan, Belarus və Azərbaycanın da iştitak etdiyi toplantı Avropanın hemofiliya üzrə aparıcı mərkəzi sayılan Frankfurt Main Hemofiliya mərkəzində təşkil olunmuşdu. Toplantının əsas məqsədi hemofiliyanın inhibitorla ağırlaşması olan xəstələrdə istifadə olunan müxtəlif beynəlxalq müalicə protokollarının tətbiqi nəticələrinin qiymətləndirilməsi və ən optimal terapiya üsullarının seçilməsi olmuşdur.
Toplantıda Ə.Əliyev adına ADHTİ-nun hematologiya kafedrasının assistenti Günel Əlizadə “Azərbaycanda İTİ təcrübəsi”adlı hesabat məruzəsi ilə çıxış etmişdir. Ölkəmizdə hemofiliyalı xəstələrin müalicə təcrübəsi beynəlxalq ekspertlər tərəfindən maraqla qarşılanmışdır.
Müalicəsində konsilium tələb olunan bir neçə ağır xəstələrin bütün ekspertlər tərəfindən müzakirəsi və fikir mübadiləsi aparıldı.Azərbaycan Hemofiliya mərkəzi tərəfindən müzakirəyə çıxarılan xəstə maraqla qarşılanaraq müalicə taktikası düzgün olaraq qiymətləndirildi.
Toplantının baş eksperti və moderatoru Frankfurt Hemofiliya mərkəzinin rəhbəri Karmen Eskuriola yekun məruzə edərək təcrübəsini bölüşən ölkələrə təşəkkürünü bildirdi,aparılan terapiyaları effektiv olaraq qiymətləndirdi.