Azərbaycan Kardiologiya Cəmiyyətinin 12-ci Millii Konqresi keçirilmişdir

27.11.2023

24-26 noyabr 2023-cü il tarixlərində Bakıda Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkil etdiyi və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş 12-ci Millii Konqresi keçirilmişdir. Konqresin işində Azərbaycan Kardiologiya Cəmiyyətinin 500-dən çox üzvü ilə yanaşı İtaliya, Türkiyə, Fransa, Serbiya, Rusiya, Polşa, Makedoniya, Gürcüstan və bir sıra başqa xarici ölkələrdən olan kardioloq mütəxəssislər də iştirak etmişlər. Konqresin ilk günü kardiak maqnit rezonans tomoqrafiyaya həsr edilmiş, bu müayinə üsulunun ürək-damar xəstəliklərinin diaqnostikasında rolu xarici və yerli mütəxəssislərin iştirakı ilə ətraflı müzakirə edilmişdir. 25 və 26 noyabr tarixlərində isə ürək-damar xəstəlikləri və komorbid patologiyalara dair çox saylı çıxışlar, satellit simpoziumlar olmuş, bu xəstəliklərin etiopatogenezi, diaqnostikası, müalicə və profilaktikasına dair problemlər diqqətə çatdırılmış, maraqlı diskussiyalar aparılmışdır. Eyni zamanda görkəmli beynəlxalq rəy liderləri və lokal ekspertlər ilə interaktiv sessiyalar da keçirilmişdir.
Ə.Əliyev adına ADHTİ-nun kardiologiya və terapiya kafedralarının əməkdaşları konqresin işində aktiv iştirak etmişlər. Kardiologiya kafedrasının müdiri professor Tofiq Cahangirov açılış təqdimatında çıxış; konqresin 1-ci “Yenilənmiş kliniki tövsiyələr-2023” sessiyasnda-moderator; 3-cü oturumunda “Arterial Hipertoniya- diaqnostikasında vacib məqamlar” mövzusunda məruzə; “Antikoaqulyantlar, mübahisəli suallar” satellit simpoziumunda-moderator və Azərbaycan Kardiologiya Jurnalının baş redaktoru olaraq ”Azərbaycan Kardiologiya Jurnalı, hədəflər və inkişaf məqsədləri” mövzusunda təqdimatla çıxış etmişdir.
İnstitutun terapiya kafedrasının dosenti Samir Mehdiyev konqresdə “Şəkərli diabetli xəstələrdə ürək-damar xəstəliklərinin idarə olunması-Avropa Kardiologiya Cəmiyyətinin 2023-cü il tövsiyələri əsasında“ mövzusunda məruzə ilə çıxış etmiş, suallara cavab vermişdir. Kardiologiya kafedrasının professoru Faiq Quliyev «Ürəyin işemik xəstəliyi» oturumunda, dosenti Kəmalə Zahidova «Milli elmi tədqiqat işləri» oturumunda moderator olmuşlar.
Konqresdə Azərbaycan Kardiologiya Cəmiyyətinin 2024-2025-ci illərə yeni sədri və professor Tofiq Cahangirov da daxil olmaqla 12 nəfərdən ibarət olan İdarə Heyəti seçilmişdir.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX