Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

24.05.2022

24 may 2022-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. İnstitutun 2022/2023-cü tədris ili üçün təqvim planı və Elmi Şuranın 29.03.2022-ci il tarixli açıq iclasının qərarlarının yerinə yetirilməsi haqqında.
Məruzəçi: prorektor T.H.Eyvazov

2. İnstitutda rezidentura təhsilinin vəziyyəti haqqında
Məruzəçi:rezidentura şöbəsinin müdiri A.R.Hüseynova

3. Tədris və tədris metodik sənədlərin müzakirəsi və təstiq olunması.
4. Stomatologiya və üz-çənə cərrahiyyasi kafedrasının müdiri vəzifəsinə seçki.
5. Nevrologiya və kliniki neyrofiziologiya kafedrasının müdiri vəzifəsinə seçki.
6. Dermatovenerologiya kafedrasının müdiri vəzifəsinə seçki.
7. Oftalmologiya kafedrasının professoru vəzifəsinə seçki.
8. Ümumi və plastik cərrahiyyə kafedrasının professoru Vagif Məhərrəm oğlu Qələndərova professor elmi adın verilməsi.
9. Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedranın professoru Afət Rəşid qızı Ağazadəyə professor elmi adın verilməsi.
10. Müxtəlif məsələlər.

I məsələ üzrə prorektor Təyyar Eyvazov çıxış edib bildirdi ki, 2022/2023-cü tədris ili üçün təqvim planının tərtibində bütün ixtisasların əhatə olunması, ixtisaslar üzrə modul kursların tədris ili ərzində 3 dəfə təkrarlanması(12 kurs), tematik kursların minimum 20% yenilənməsi, icra olunan Dövlət Proqramlarının yerinə yetirilməsi nəzərə alınmaqla,peşə hazırlığı kurslarının keçirilməsi,distant kursların planlaşdırılmasının yeni prinsiplərinin tətbiqi (7 əsas ixtisas üzrə zonaların tam və ya qismən əhatə olunması),seminar /treninqlər(distant və əyani) keçirilməsi prinsipləri əsas götürülmüşdür.İnstitut üzrə 2022/2023-cü tədris ili üçün təqvim planında cəmi 897əyani və distant kurs və 80 treninq planlaşdırılıbdır, Həmin kurslara 13877 müdavimin qatılacağı gözlənilir.Həmin tədris ilində qarşıya qoyulmuş məqsədə çatmaq üçün nizam-intizamın gücləndirilməsi, ödənişli əsaslarla təhsil haqlarının ödənilməsinin təşkili,DTT kontentinin hazırlanmasının davam etdirilməsi,aktual mövzular üzrə video çəkilişlərin aparılması,ixtisaslar üzrə təkmilləşdirilmiş təhsil proqramlarının təsdiqi,müxtəlif aktual mövzularda tematik kursların işlənib hazırlanması,müəllimlər tərəfindən yeni mövzuların məzmun və tədris materiallarının hazırlanması,tədris materiallarının müasirləşdirilməsi(BMJ, beynəlxalq protokollar və digər internet tibbi resurslarından istifadə etməklə), tədrisin praktik yönümlüyünün artırılması (müxtəlif imkanlardan yararlanmaq), simulyasion vasitələrdən istifadə,kredit yönümlü daha çox elmi-praktik konfransların keçirilməsi,aktual mövzular üzrə plandan əlavə kursların keçirilməsi, kursların qiymətləndirilməsi təhlili əsasında görüləcək işlər,professor-müəllim heyətinin peşə fəaliyyəti göstəricillərinin (reytinq cədvəli) təhlili əsasında görüləcək işlər, Dövlət Proqramlarının yerinə yetirilməsi,peşə hazırlığı kurslarında imtahan sualarının yenilənməsi,tibbi pedaqogika kafedrasının təşkili (ÜST-n xüsusi layihə dəstəyi ilə),«rəqəmsal institut» texnologiyasının tətbiqi kimi önəmli vəzifələri yerinə yetirmək lazımdır.
Sonra prorektor Təyyar Eyvazov institut Elmi Şurasının 29.03.2022-ci il tarixli açıq iclasının Qərarının yerinə yetirilməsi haqqında məlumat verərək bildirdi ki,qərarın hər bir bəndi üzrə kafedralarla mütamadi iş aparılır,alınan nəticələr müzakirə edilir.Növbəti açıq Elmi Şurada görülmüş işlər haqqında hesabat veriləcək və son nəticələr kollektivə çatdırılacaqdır.
İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək nəzərə çatdırılan məsələyə öz münasibətini bildirdi və qeyd etdi ki, bu gün səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. Belə yüksəkixtisaslı mütəxəssislərin hazirlanması üçün institut əməkdaşları bütün texniki vasitələrdən və innovasion texnologiyaların verdiyi imkanlardan maksimum yararlanaraq tam həçmdə fəaliyyətlərini davam etdirirlər. Distant təhsilin bütün formalarının istifadə imkanlarının həkimlər üçün əlçatanlığı təmin edilmiş və bu iş mütəmadi olaraq aparılaraq pandemiya dövründə institut qarşısında qoyulmuş bütün vəzifələrin layiqincə yerinə yetirilməsinə və ən əsası Davamlı Tibbi Təhsilin fasiləsizliyinə nail olunmuşdur. Planlaşdırılan 2022/2023-cü tədris ili üçün təqvim planında da bu məsələlər nəzərə alınmışdır.
II məsələ üzrə rezidentura şöbəsinin müdiri A.R.Hüseynova çıxış edib bildirdi ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirinin 23 iyul 2010-ci il 57 nömrəli əmrinə əsasən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində rezidentura şöbəsi yaradılmışdır və artıq 2011-2012 tədris ilindən başlayaraq ilkin olaraq 53 rezidentin qəbul olunması ilə 17 ixtisas üzrə təhsilə başlanılmışdır. Ümumilikdə 2011-2021-ci illər ərzində instituta rezidentura təhsili üçün plan üzrə 782 qəbul yeri ayrılmışdır. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanların nəticəsində institutumuza 36 ixtisas üzrə 729 həkim rezident qəbul olmuşdur.
Hal-hazərda 33 ixtisas üzrə 321 həkim-rezident təhsil almaqdadır. Onlardan müqavilə əsasında kardiologiya ixtisası üzrə 4 həkim-rezident və revmatologiya ixtisası üzrə 1 həkim-rezident Bakı Sağlamlıq Mərkəzində hazırlıq keçmakdədir. Eləcə də, kardiologiya ixtisası üzrə 4 həkim-rezident Mərkəzi klinikada hazırlıq keçməkdədir.Rezidenturada hazırlıq Azərbaycan Respublikası Səhiyyə Nazirinin 05 noyabr 2021-ci il tarixli 94 nömrəli əmri ilə təsdiq edilmiş siyahı üzrə klinik baza olaraq 47 dövlət və özəl müəssisədə aparılır.Yaxın zamanda bu siyahıya 5 özəl müəssisənin də daxil edilməsi gözlənilir. Beləliklə rezidentlərin hazırlığı üçün istifadə edə biləcək klinik bazalarımızın sayı 52-yə çatdırılacaq.
İnstitutun maddi-texniki bazasından istifadə etməklə onların təhsilinin səviyyəsini artırmaq istiqamətində daim iş gedir. Məqsədə çatmaq üçün Ə.Əliyev adına ADHTİ-nin beynəlxalaq əlaqələrindən də istifadə edilir. Türkiyə, Avstriya, Rusiya, Belorusiya, Qazaxıstan və Özbəkistannın aparıcı tibb təhsili müəssisələri ilə institutumuz arasında bağladığımız müqavilələrdə səhiyyənin və davamlı tibb təhsilinin bir çox elmi və praktik məsələləri ilə yanaşı rezidentura təhsili də mərkəzi yerlərdən birini tutur. Bu baxımdan hər il mütəmadi olaraq institutumuzun rezidentlərinin bir sıra xarici ölkələrin nüfuzlu ali tibbi təhsil ocaqlarına rotasiya kurslarına göndərilməsi ənənəsi var. İndiyənə qədər Almaniya Federasiyasına 25, Rusiya Federasiyasına 15, Belarusa 6, Çin Respublikasına 1, Macarıstana 1, Yaponiyaya 1,Türkiyə Cümhuriyyətinə 101 həkim-rezident göndərilmişdir.
İnstitutumuzda rezidentlərimizin elmi-tədqiqat işlərinə cəlb olunmasına xüsusi fikir verilir. Rezidentlərə tibbi təhsil verməkdən əlavə potensialı olanları gələcəyin elmi işçiləri kimi hazırlamaq da qarşıda duran vəzifələrdəndir. İnstitutumuzda hər il iki dəfə gənc alim və mütəxəssislərin elmi-praktik konfransı keçirilir və rezidentlərimiz də orada təbabətin aktual problemlərinə həsr olunmuş elmi çıxışlar edirlər. Azərbayca Tibb Universitetində rezidentlərin iştirakı ilə keçirilən ənənəvi ATUREK-də bizim rezidentlər həmişə yaxından iştirak edirlər və hər il bir neçə rezidentimiz təşkil olunmuş müsabiqədə yüksək yerlər tutur. Bu il də oftalmologiya və otorinolarinqologiya kafedralarının rezidentləri Səkinə Cəfərova və Möhübbət İsmayılov fərqlənmişlər.
Elmi şuranın gündəliyinin digər məsələləri professor elmi adlarının verilməsi və stomatologiya və üz-çənə cərrahiyyasi,nevrologiya və kliniki neyrofiziologiya, dermatovenerologiya kafedralarının müdiri vəzifələrinə seçki olmuşdur.Onların müzakirəsindən və təsdiqindən sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX