2020-ci ilin sentyabr ayından başlayaraq Azərbaycanda COVID-19-a qarşı mübarizə tədbirlərinin potensialının artırılması və təcili tibbi yardım sisteminin yaradılmasına dəstək olaraq səhiyyə sisteminin bütün səviyyələrində ÜST,USAİD, UNİCEF və TƏBİB dəstəyilə icra olunan” PROACT” təlim layihəsi həyata keçirilir.
Layihəyə dəstək verən təşkilatılar tibb işçilərinin kurslara cəlb olunmasında, yerli tibbi müəssisələrində kursların keçirilməsi üçün şəraitin uyğynlaşdırılmasında yaxından köməklik göstərirlər. Proqramın məqsədi çevik/mobil və səlahiyyətli sağlamlıq işçi qüvvəsinı hazırlamaq, infeksiyaların qarşısının alınması və onlara nəzarət sistemlərini gücləndirmək, icmalarda COVID-19-la əlaqəli ünsiyyət riskini azaltmaqdan ibarətdir.
Məqsədə nail olmaq üçün Türkiyənin Ege Universitetinin mütəxəssisləri tərəfindən Azərbaycanda 24 milli mütəxəssis-təlimçi hazırlanmışlar. Layihə çərçivəsində Bakı və Azərbaycanın 10 bölgəsində yaradılmış Təlim Mərkəzlərində milli mütəxəssis-təlimçilər tərəfindən tibb işçiləri üçün müxtəlif mövzulara dair kurslar təşkil olunur. Bu təlimlərdə Ə.Əliyev adına ADHTİ-nun əməkdaşları da tərəfdaş tərəf kimi iştirak edirlər.
Ə.Əliyev adına ADHTİ pediatriya kafedrasının dosentləri Mətanət Qaraxanova və Təranə İbadova layihə çərçivəsində Lənkaran şəhəri və Göyçay rayonunda milli təlimçi kimi yerli tibb işçiləri (həkim və tibb bacıları) üçün “COVID-19: Tibb işçiləri üçün risklər, qorunma və risk ünsiyyəti” adlı kurs keçmişlər. Bu 2 günlük kursda tibb işçiləri COVİD-19 törədicisi, yoluxma yolları, təmaslı şəxslərin izlənməsi, qorunma tədbirləri, fərdi qoruyucu vasitələrinin istifadəsi (geyinmə və soyunma qaydaları) barədə biliklərə yiyələnmişlər. Bununla yanaşı, kurs iştirakçılarına COVİD-19-la bağlı risk kommunikasiyasının nə olduğunu və hansı ünsürlərdən ibarət olduğunu, xəstələr, xəstə yaxınları və cəmiyyətdəki digər şəxslərlə təsirli əlaqə,risk kommunikasiyasının necə aparılması barədə geniş məlumatlar çatdırılmışdır. Bu kimi kurslar 202-ci ilin may ayına qədər davam ediləcəkdir.