Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə Gəncədə konfrans keçirildi

11.12.2021

10 dekabr 2021-ci il tarixində Gəncə şəhərində Avropa İttifaqı və ÜST-ün birgə icra etdikləri “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və “Aİ-ÜST COVID-19 peyvəndlərinin və peyvəndləşmənin tətbiqinə dəstək” layihələri çərçivəsində keçirilmiş təlim proqramlarının aralıq nəticələrinin təqdim olunması məqsədi ilə konfrans keçirildi.Həmun konfransda ÜST-nin Azərbaycandakı Nümayəndəsi Hande Harmancı “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi və Aİ-ÜST COVID-19 peyvəndlərinin və peyvəndləşmənin tətbiqinə dəstək” aksiyası barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.O qeyd etdi ki,layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində ümumilikdə 15 təlim mərkəzi yaradılıbdır. İndiyənə qədər bu mərkəzlərdəki təlim kurslarında ümumilikdə 5240,onlardan COVID-19 vaksinasiyası üzrə 1850, təməl həyat dəstəyi üzrə 3000, təkmil həyat dəstəyi üzrə 190, COVID-19 xəstələrinin stasionarda idarə edilməsi üzrə isə 200 tibb işçisi təlim keçmişdir.
Konfransda ÜST-n ölkə ofisinin layihə rəhbərləri Azərbaycanda tibb işçiləri üçün “COVID-19 ilə bağlı davamlı peşəkar inkişafa dəstək” çərçivəsində həyata keçirilmiş tədbirlərin aralıq qiymətləndirilməsinə dair geniş məlumatlar təqdim etdilər.
2021-ci il iyul ayından Ə.Əliyev adına ADHTİ-də də təlim mərkəzi fəaliyyətə başlamış və həmin mərkəzdə bu günə qədər COVİD-19 vaksinasiyaya dəstək layihəsi çərçivəsində 200 nəfər (155 həkim və 44 tibb bacısı) “Təməl Həyat Dəstəyi” və “COVİD-19 Vaksinasiya” adlı təlim kurslarında iştirak etmişlər.Ə.Əliyev adına ADHTİ pediatriya kafedrasının dosentləri Mətanət Qaraxanova və Təranə İbadova, yoluxucu xəstəlikləri kafedrasının assistenti Arzu Hüseynova yuxarıda adı çəkilən layihələrə cəlb olunaraq təlimçi kimi fəaliyyət göstərirlər.
Konfransın ikinci hissəsində tibb bacısı ixtisasının tədris proqramları ilə bağlı Türkiyənin Ege Universiteti, Ondokuz Mayıs Universiteti, Hacettepe Universitetindən dəvət olunmuş mütəxəssislər geniş təqdimatlarla çıxış etmişlər. Sonda “Azərbaycanda tibb bacısı ixtisası üzrə təhsil: hazırki vəziyyət və gələcək istiqamətlər” adlı dəyirmi masa da keçirilmişdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX