Ə.Əliyev adına ADHTİ-də beynəlxalq onlayn təhsil tətbiq olunur

18.02.2021

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda diplomdansonrakı tibb təhsilinin təkmilləşdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi istiqamətində daimi axtarışlar gedir, təhsilin yeni forma və metodları praktikaya daxil edilir. Bu istiqamətdə görülən işlər arasında beynəlxalq təhsilə xüsusi önəm verilir.Hal-hazirda aparıan onlayn tədris prosesində də təhsilin bu forması aktuallığını saxlayır.
Ə.Əliyev adına ADHTİ və İstanbul Mədəniyyət Universiteti otorinolarinqologiya kafedraları arasında ümumi razılaşma əsasında həftədə bir dəfə ümumi ortaq dərslər təşkil olunmuşdur. Artıq həmin dərslərdən üçü keşirilmişdir. 15.01.2021, 22.01.2021 və 05.02.2021-ci il tarixlərində həkim-müdavimlər və həkim-rezidentlər üçün müvafiq olaraq“Gicgah sümüyü radiologiyası (MRT və KT)”, “Koxlear anomaliyalar” və “Endoskopik DSR uygulamaları” mövzusunda mühazirələr oxunmuşdur. Məruzəçilər bu dərslər üçün xüsusi dəvət olunmuş Hacəttəpə Universiteti otorinolarinqologiya kafedrasından professor Levent Sennaroğlu, İstanbul Yeditepe Universiteti Radiologiya kafedrasından professor Gazanfer Ekinci və İnönü Universiteti otorinolarinqologiya kafedrasından professor Yüksel Toplu olmuşdur.
Dərslər qarşılıqlı razılaşma əsasında tədris ilinin sonuna qədər davam etdiriləcəkdir.
Eyni zamanda 27.01.2021-ci il tarixində institutun kardiologiya kafedrası Rusiya Federasiyası Tibbi Təhsil İnstitutunun arterial hipertenziya ET şöbəsi ilə birgə həkim-müdavimlər və həkim-rezidentlər üçün “Covid-19 pasiyentlərində arterial hipertenziyaya nəzarət” mövzusunda vebinar keçirmişdir.Vebinarda həmin şöbənin müdiri professor A.Konradi iştirak etmişdir.
Bundan başqa Ə.Əliyev adına ADHTİ və Marat Ospanov adına Qərbi Qazaxıstan Tibb Universitetinin ftiziatriya kafedraları arasında ümumi razılaşma əsasında 17.02.2021-ci il tarixində həkim-müdavimlər və həkim-rezidentlər üçün professor A.A. Janqriyevin iştirakı ilə “Vərəmin profilaktikası qaydaları” mövzusunda vebinar keçirilmişdir.
Hal-hazırda institutun başqa kafedraları da beynəlxalq təhsilin bu formasını inkaşaf etdirərək daha geniş tətbiq olunması üzərində çalışırlar.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX