ELAN!

18.05.2021

1. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun FD 2.11 Dissertasiya Şurasında “Uşaq cərrahiyyəsi və plastik cərrahiyyə kursları ilə ümumi cərrahiyyə” kafedrasının dissertantı Cümşüd Ramiz oğlu Kazımzadənin “Kəskin biliar pankreatitlərin müalicəsində azinvaziv texnologiyaların tətbiqinin optimallaşdırılması” mövzusunda 3213.01 - “Cərrahlıq” ixtisası üzrə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiyasının müfadiəsi keçiriləcəkdir.

ELMİ RƏHBƏR:
t.e.d., professor N.A.Qasımov

RƏSMI OPPONENTLƏR:
Tibb üzrə elmlər doktoru, professor: Ağayev Rauf Maqsud oğlu
Tibb üzrə elmlər doktoru, professor: Axundov İdris Turqut oğlu
Tibb üzrə fəlsəfə doktoru: Əliyev Anar Yaşasın oğlu

Müdafiənin tarixi: 19 may 2021-ci il saat: 14:00

2. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun FD 2.11 Dissertasiya Şurasında “Mamalıq və ginekologiya” kafedrasının assistenti Arzu Xanrəhim qızı Babayevanın “Anemiya ilə müştərəkləşən preeklampsiyalı hamilələrin intensiv müalicəsi zamanı antioksidant müdafiə sisteminin korreksiyası” mövzusunda 3215.01 - “Mamalıq və ginekologiya” ixtisası üzrə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiyasının müfadiəsi keçiriləcəkdir.

ELMİ RƏHBƏR:
Tibb üzrə elmlər doktoru, professor İsrafilbəyli Solmaz Hüseyn qızı

RƏSMİ OPPONENTLƏR:
Tibb üzrə elmlər doktoru, professor: Kamilova Nigar Mirnaqı qızı
Tibb üzrə elmlər doktoru: Abbasova Zəhra Fərhad qızı
Tibb üzrə fəlsəfə doktoru, dosent: İsmayılova Aynurə Fikrət qızı

Müdafiənin tarixi: 19 may 2021-ci il saat: 16:00



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX