“Uşaqlarda vərəm və COVİD-19” mövzusunda xarici ekspertlərin iştirakı ilə onlayn vebinar keçirildi

29.03.2021

COVİD-19 virusunun uşaqlara təsiri az olsa da, vərəm onlardan yan keçmir. Ümumdünya Səhiyyə Təşkilatının vərəmlə bağlı 2020-ci il hesabatına əsasən, 2019-cu ildə dünyada 1,2 milyon 15 yaşadək uşaq vərəmlə xəstələnib. Vərəm qarşısı alına bilən və müalicə edilə bilən xəstəlik olsa da, dünya miqyasında uşaq ölümlərinin ilk səbəblərindən biridir.Uşaqlarda vərəmdən ölümlərin 80% -i beş yaşdan kiçik uşaqlar arasında baş verir. Buna görə yeni doğulmuş körpələrin və beş yaşınadək uşaqların ölümlərinə son qoymaq məqsədi BMT-nin “2030:Dayanıqlı İnkişaf Məqsədləri”nin mərkəzində dayanır.
25 mart 2021-ci il tarixində “24 Mart Ümumdünya Vərəmlə Mübarizə Günü”nə həsr olunmuş “Uşaqlarda vərəm və COVİD-19” mövzusunda xarıcı mütəxəssislərin iştirakı ilə vebinar keçirildi. Vebinar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İçtimai Səhiyyə və İslahatlar Mərkəzi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Sağlamlığa Xidmət İctimai Birliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı və “TB REP” proqramının dəstəyi ilə təşkil olunmuş idi.Vebinarın məqsədi “Uşaqlarda vərəm və COVİD-19” mövzusu ilə bağlı Türkiyə və Latviya mütəxəssisləri ilə təcrübə mübadiləsinin aparılması və ümumilikdə beynəlxalq təcrübə ilə tanış olmaq idi.Vebinarda 147 nəfər iştirak etdi, onlardan 32 nəfəri xarici ölkə mütəxəssisləri olmuşdur.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru professor Həqiqət Qədirova və Respublikanın baş ftiziatrı, 1 saylı Vərəm Əleyhinə Dispanserinin baş həkimi professor Yavər Şıxəliyev “Ümumdünya Vərəmlə Mübarizə Günü”nün qeyd olunmasının və uşaqlarda vərəm mövzusuna dair məlumat mübadiləsinin aparılmasının çox əhəmiyyətli olduğunu qeyd edib vebinarın təşkilatçılarına öz minnətdarlıqlarını bildirdilər.
Vebinarda xarici ekspertlərdən Bezmialem Fondu Universiteti tibb fakültəsinin uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssisi professor Erkan Çakır Türkiyədə və Latviya uşaq kliniki xəstəxanası və Şərqi Riqa kliniki universitet xəstəxanasının həkim-pnevmonoloqu, Ümumdünya Səhiyyə Təşkilatının uşaq vərəmi üzrə məsləhətçisi professor İveta Ozere isə Latviyada pediatrik vərəmin aşkarlanması, profilkatikası, müalicəsi və qayğı məsələləri haqqında öz təcrübələri barədə təqdimatlarla çıxış etdilər.
Azərbaycanda uşaqlarda vərəmin erkən aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikası barədə 1 saylı Vərəm Əleyhinə Dispanserinin uşaq şöbəsinin müdiri t.ü.f.d. Mənzər Qurbanova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Səhiyyənin Təşkili və İctimai Sağlamlıq üzrə həkim-mütəxəssisi Vəfa Ağayeva təqdimatla çıxış edərək ətraflı məlumat verdilər.
Daha sonra Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova uşaqlarda vərəm və COVİD-19-la bağlı ictimai tədbirlərin əhəmiyyəti barədə çxış edərək vərəmlə mübarizə istiqamətində qeyri-hökumət təşkilatlarının əhəmiyyətli rolu, onlar tərəfindən bu günədək görülmüş işlər, dərc olunmuş məlumat xarakterli kitabçalar haqqında iştirakçılara məlumatları çatdırdı.
Vərəmlə mübarizə üzrə Avropa Koalisiyasının idarə heyətinin üzvü və Sağlamlığa Xidmət İctimai birliyinin icraçı direktoru Pərvanə Vəliyeva “Ümumdünya Vərəmlə Mübarizə Günü” ilə əlaqədar ölkəmizdə həmin birlik tərəfindən təşkil olunmuş silsilə aksiya və tədbirlər barədə məlumat verdi. O bildirdi ki, 24 mart günü şəhərin bir neçə məhşur tikilisi, o cümlədən Qız Qalası və Bakı Olimpiya Stadionu qırmızı rəngə boyanmış və məqsəd vərəmlə mübarizəyə diqqət çəkmək olmuşdur. Bununla da 2017-ci ildən bütün dünyada keçirilən analoji təşəbbüsə Azərbaycan da qoşulmuşdur.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX